Əlixan Musayev:
Qadınlarınız sizin tarla-nızdır. Tarlanıza nə təhər istəyirsinizsə, yaxınlaşın. Özünüz üçün qabaqcadan (yaxşı işlər) hazırlayın. Allahdan qorxun və bilin ki, siz Onunla qarşılaşacaqsınız. Möminləri müjdələ.
Bünyadov-Məmmədəliyev:
(Ey möminlər!) Qadınlarınız sizin (övlad əkdiyiniz) tarlanızdır. İstədiyiniz vaxtda öz tarlanıza gəlin! Özünüz üçün qabaqcadan (yaxşı əməllər) hazırlayın! Allahdan qorxun və (qiyamət günü) Onun hüzuruna gedəcəyinizi bilin! (Ya Rəsulum!) İman gətirənlərə (Cənnətlə) müjdə ver!
Elmir Quliyev
:
Ваши жены - пашня для вас. Приходите же на вашу пашню, как пожелаете. Готовьте для себя добрые деяния, бойтесь Аллаха и знайте, что вы встретитесь с Ним. Обрадуй же верующих!
Ələddin Sultanov:
Qadınlarınız sizin tarlanızdır. Tarlanıza istədiyiniz kimi daxil olun! Özünüz üçün yaxşı əməllər hazırlayın! Allahdan qorxun və bilin ki, siz Ona qovuşacaqsınız. Möminlərə müjdə ver!
Kerbelayi Malik ağa:
Qadınlarınız sizin üçün tarladır. O halda tarlanıza necə istəsəniz elə yaxınlaşın. Özünüz üçün (dərəcələrinizi artıracaq əməllər) hazırlayın. Allaha qarşı təqva sahibi olun və Ona mülaki olacağınızı bilin. Möminləri müjdələ.
Ələsgər Musayev:
Qadınlarınız
əkindir sizin üçün və gəlin əkininizə, necə istəyirsiniz və
təqdim edin öz nəfsiniz üçün Və qorxun Allahdan və bilin ki,
siz görüşəcəklisiniz Ona və bəşarət ver inananlara!
A.Mehdiyev və D.Cəfərli:
Qadınlarınız sizin tarlanızdır. Buna görə də istədiyiniz tərəfdən və istədiyiniz zaman öz tarlanıza gəlin və (haram müqabilində halal ilə kifayətlənmək və bu əməl nəticəsində saleh övlad əldə etmək niyyəti ilə) özünüz üçün qabağa (savab) göndərin. Allahdan qorxun və bilin ki, həqiqətən, Onunla görüşəcəksiniz. Möminlərə müjdə ver.
Kövsər Tağıyev:
Qadınlarınız sizin tarlanızdır. Tarlanıza istədiyiniz kimi gəlin! Özünüz üçün (gələcəyə hazırlıq olaraq) əvvəlcədən gözəl əməllər hazırlayın. Allaha qarşı gəlməkdən çəkinin və hər halda Onun hüzuruna gedəcəyinizi bilin. (Ey Muhamməd!) Möminləri müjdələ.
M.Qənioğlu və T.Bilaloğlu:
Qadınlarınız sizin üçün bir tarladır. İstədiyiniz vaxt tarlanıza çıxın Özünüz üçün qabaqcadan hazırlıq işləri görün. Allahdan qorxun və bilin ki, Onunla qarşılaşacaqsınız. Möminlərə müjdə ver!
Sabirə Dünyamalıyeva:
Qadınlarınız, sizin üçün bir tarladır/mədəniyyətdir. Elə isə tarlanıza/kültürünüze dilədiyiniz kimi gəlin. Özünüz üçün də əvvəlcədən göndərin və Allahın mühafizəsi altına daxil olun. Həqiqətən Ona qovuşacağınızı da bilin. -Və möminlərə müjdə ver!-