Əlixan Musayev:
Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara: "Uf!" belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə!
Bünyadov-Məmmədəliyev:
Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşkün çağına yetərsə, onlara: “Uf!” belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış!
Elmir Quliyev
:
Твой Господь предписал вам не поклоняться никому, кроме Него, и делать добро родителям. Если один из родителей или оба достигнут старости, то не говори им: "Тьфу!" — не кричи на них и обращайся к ним почтительно.
Ələddin Sultanov:
Rəbbin yalnız Özünə ibadət etməyi və ana-ataya yaxşı davranmağı əmr etmişdir. Əgər onlardan biri və ya hər ikisi sənin yanında yaşlanarsa, onlara: “Uf!” belə demə, onları danlama və onlara xoş söz söylə!
Kerbelayi Malik ağa:
Rəbbin ondan başqasına qul olmamağınızı və ana-ataya gözəl davranmağınızı hökm etdi. Əgər ikisindən biri və ya hər ikisi sənin yanında yaşlansalar onlara ‘Uf’ demə. Onları danlama və onlara gözəl söz söylə!
Ələsgər Musayev:
Hökm etdi sənin Rəbbin ki, Ondan başqasına
ibadət etməyəsiniz və valideynlərə yaxşılıq edəsiniz. Nə vaxt
ki, sənin yanında onlardan biri, ya hər ikisi böyüklüyə yetişərsə,
onlara «Uf!» demə və üstlərinə qışqırma və söylə onların hər
ikisinə kəramətli sözlər.
A.Mehdiyev və D.Cəfərli:
Və Rəbbin Ondan başqasına ibadət etməməyinizi və ata-anaya (öz valideyinlərinizə) yaxşılıq etməyinizi qəti hökm etdi. Əgər onlardan biri və ya hər ikisi sənin yanında qocalıq çağlarına yetişsələr (onların zəhmət yaxud sərt davranışları müqabilində narahatlığını büruzə vermə, hətta) onlara «uf» demə, üstlərinə qışqırma, kobud söz demə və onlara xoş söz de.»
Kövsər Tağıyev:
Rəbbin özündən başqasına əsla ibadət etməməyinizi, ata-anaya qarşı yaxşılıq etməyinizi əmr etdi. Əgər onlardan biri və ya hər ikisi sənin yanında ixtiyarlıq çağına yetişərsə, onlara “uf !” belə demə, onları danlama, onlara xoş və gözəl söz söylə.
M.Qənioğlu və T.Bilaloğlu:
Sənin Rəbbin hökm vermişdir ki, Ondan başqa heç kimə ibadət etməyəsiniz və ata-ana ilə yaxşı rəftar edəsiniz. Əgər sənin yanında ikən onlardan [ata-anadan] birini və ya hər ikisini qocalıq haqlayarsa, onlara hətta "Uf!“ - belə demə, üstlərinə qışqırma və onlara xoş sözlər de!
Sabirə Dünyamalıyeva:
Və sənin Rəbbin qəti olaraq, Özündən başqasına ibadət etməməyinizi, ana və atanı yaxşılaşdırmağınızı- gözəlləşdirməyinizi buyurdu. Onlardan biri və ya hər ikisi sənin yanında qocalığa çatsa, əsla onlara "Uf" demə, onları danlama; onlarla çox həssas rəftar et.