Məryəm Surəsi 23. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Doğuş sancıları onu bir xurma ağacının gövdəsinə söykənməyə vadar etdi. O dedi: “Kaş bundan əvvəl öləydim bir dəfəlik unudulaydım!”
Bünyadov-Məmmədəliyev:
Doğuş sancısı onu bir xurma ağacının gövdəsinə söykənməyə məcbur etdi. (Məryəm uşaq anadan olandan sonra atası bilinmədiyi üçün cahil insanların dedi-qodusuna səbəb olacağından əndişəyə düşüb) dedi: “Kaş ki, mən bundan əvvəl ölüb qurtaraydım ya tamamilə unudulub getmiş olaydım!”
Elmir Quliyev :
Родовые схватки привели ее к стволу финиковой пальмы, и она сказала: "Лучше бы я умерла до этого и была навсегда забытой!"
Ələddin Sultanov:
Doğum sancısı onu bir xurma ağacının gövdəsinə (söykənməyə) sövq etdi. Məryəm dedi: “Kaş mən bundan əvvəl ölüb tamamilə unudulaydım!”
Kerbelayi Malik ağa:
Doğum sancısı onu bir xurma ağacının gövdəsinə (sığınmağa) məcbur etdi. ‘Kaş ki, mən bundan əvvəl ölsəydim, tamamilə unudulub getmiş olaydım.’ dedi.
Ələsgər Musayev:
Gətirdi onu doğuş əzabı xurma ağacı budağının altına tərəf. Dedi: «Ay kaş, ölmüş olsaydım bundan qabaq unudulub yaddan çıxmış olardım!»
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə doğuş sancısı onu məcburi şəkildə xurma ağacının quru gövdəsinə tərəf çəkdi. O, (ağrının narahatlığı rüsvayçılıq qorxusundan) dedi: Ey kaş bundan qabaq öləydim tamamilə unudulaydım.
Kövsər Tağıyev:
Doğum sancısı onu bir xurma ağacına tərəf yönəltdi. “Kaş ki, bundan əvvəl öləydim, unudulub getmiş olaydım!” dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
Ağrılar onu bir xurma ağacı gövdəsinin yanına gətirib çıxartdı. O dedi: "Kaş mən bu işdən əvvəl ölüb gedəydim unudulub yaddan çıxarılmış olaydım!"
Sabirə Dünyamalıyeva:
Sonra doğuş sancısı onu məcbur etdi ki, bir xurma kötüyünə söykənsin. "Kaş ki, bundan əvvəl ölmüş tamamən yaddan çıxıb getmiş biri olsaydım!" dedi.