Əlixan Musayev:
Əgər qulumuza nazil etdiyimizə şübhə edirsinizsə və doğru deyirsinizsə, onda ona bənzər bir surə gətirin və Allahdan savayı (bütün) şahidlərinizi (köməyə) çağırın!
Bünyadov-Məmmədəliyev:
Əgər bəndəmizə (Muhəmmədə) nazil etdiyimizə (Qurana) şəkkiniz varsa, siz də (fəsahətdə və bəlağətdə) ona bənzər bir surə gətirin və əgər (“bu, bəşər kəlamıdır” sözünü) doğru deyirsinizsə, onda Allahdan savayı (bütün) şahidlərinizi (bütlərinizi, şair və alimlərinizi bu işdə köməyə) çağırın!
Elmir Quliyev
:
Если же вы сомневаетесь в том, что Мы ниспослали Нашему рабу, то сочините одну подобную суру и призовите своих свидетелей, помимо Аллаха, если вы говорите правду.
Ələddin Sultanov:
Əgər bəndəmizə (Mühəmmədə) nazil etdiklərimiz barədə şübhəniz varsa, siz də onun kimi bir surə gətirin! Əgər (iddianızda) haqlısınızsa, onda Allahdan başqa bütün şahidlərinizi də çağırın!
Kerbelayi Malik ağa:
Əgər qulumuza nazil etdiyimizdən (Qurandan) şübhə içindəsinizsə, o zaman onun bənzəri bir surə gətirin və əgər doğru danışanlarsınızsa, Allahdan başqa şahidlərinizi də dəvət edin.
Ələsgər Musayev:
Əgər oldunuz şübhədə, nədən ki,
nazil etmişik üzərinə bəndəmizin və gətirin surə onun
mislindən və dəvət edin şahidlərinizi Allahdan başqa, əgər
oldunuz sadiqlər.
A.Mehdiyev və D.Cəfərli:
Əgər Bizim Öz bəndəmizə nazil etdiyimizə şəkkiniz varsa, doğruçusunuzsa siz də (fəsahət, kəlmələrinin gözəlliyi, bəlağət, mənalarının dərinliyi baxımından və ya onun kimi heç kimdən dərs almayan bir şəxs tərəfindən) bir surə gətirin və (bu işdə) Allahdan başqa bütün köməkçilərinizi və şahidlərinizi də çağırın (ki, onlar sizin surənizin Bizim surəmiz kimi olmasına şəhadət versinlər).
Kövsər Tağıyev:
Əgər qulumuza (Muhammədə) endirdiyimiz (Qur`an) barəsində şübhədəsinizsə, buyurun, onun bənzəri bir surə gətirin və əgər doğru söyləyənlərsinizsə, Allahdan başqa şahidlərinizi çağırın (və bunu isbat edin).
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər bəndəmizə nazil etdiyimizə sizin bir şübhəniz varsa, onda ona bənzər bir surə gətirin. Əgər haqlısınızsa, o zaman Allahdan başqa şahidlərinizi çağırın !
Sabirə Dünyamalıyeva:
Və əgər qulumuza nazil etdiyimizə şübhə edirsinizsə, "haydı qulumuza nazil etdiyimiz surələrin bənzəri olan bir surə də siz gətirin", Allahın altındakılardan bütün şahidlərinizi də çağırın. Əgər doğru deyirsinizsə.