Nəml Surəsi 23. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Mən onlara padşahlıq edən, özünə hər şey verilmiş çox böyük bir taxtı olan bir qadın gördüm.
Bünyadov-Məmmədəliyev:
Mən onlara (Səba əhlinə) padşahlıq edən bir qadın gördüm. Ona (dünyada şahlara lazım olan) hər şey verilmişdir. Onun çox böyük (əzəmətli) bir taxtı vardır.
Elmir Quliyev :
Я обнаружил там женщину, которая царствует над ними. Ей даровано все, и у нее есть великий трон.
Ələddin Sultanov:
Mən onlara hökmdarlıq edən bir qadın gördüm. Ona hər şey verilib, bir böyük bir taxtı var.
Kerbelayi Malik ağa:
Həqiqətən mən onlara hökmdarlıq edən bir xanım gördüm. Ona hər şeydən verilmiş onun böyük bir taxtı var.
Ələsgər Musayev:
Mən orada bir arvada rast gəldim ki, onlara hakimlik edirdi əta olunmuşdu ona külli şeylərdən onun əzəmətli bir ərşi vardı.
A.Mehdiyev və D.Cəfərli:
«Həqiqətən, mən onlara (Səba əhlinə) hökmranlıq edən bir qadın gördüm. Ona (padşahlıq, məmləkətin idarə olunması xalqın xoş güzəranı üçün lazım olan) hər şey verilmişdir. Onun böyük, əzəmətli bir taxtı vardır».
Kövsər Tağıyev:
“Mən onlara (Səba əhlinə) hökmdarlıq edən bir qadın gördüm. Ona hər şey bolbol verilmişdir onun böyük bir taxtı var”.
M.Qənioğlu və T.Bilaloğlu:
Mən onlara [Səba əhlinə] hökmdarlıq edən, hər şey bəxş olunmuş böyük taxt-tacı olan bir qadın gördüm.
Sabirə Dünyamalıyeva:
Həqiqətən Səbalılara hökmdarlıq edən, özünə hər şeydən verilmiş olan çox böyük bir taxtı olan bir qadın gördüm.