Qəsəs Surəsi 23. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
O, Mədyən sulağına gəlib çatanda quyunun yanında (heyvanlarına) su verən adamlar gördü. Onların yaxınlığında da (qoyunlarını o biri heyvanlardan) geri çəkən iki qız görüb: “Sizə olub?”– dedi. Onlar dedilər: “Çobanlar (heyvanlarını) sürüb aparmamış biz (qoyunlarımıza) su verə bilmirik. Atamız da çox qocadır”.
Bünyadov-Məmmədəliyev:
(Musa) Mədyən kənarındakı bir quyuya çatanda onun başında (heyvanlarını sulayan) bir dəstə adam onlardan başqa (qoyunlarını özgə heyvanlara qarışmasın deyə) geri çəkən iki qadın (qız) görüb dedi: “Sizə olub (dərdiniz nədir)?” Onlar: “Çobanlar (heyvanlarını) sulayıb getməmiş biz (qoyunlarımıza) su vermirik. Atamız da ixtiyar bir qocadır (buna görə qoyunları sulamağa biz gətiririk)”, - deyə cavab verdilər.
Elmir Quliyev :
Когда он прибыл к колодцу в Мадьяне, то обнаружил возле него людей, которые поили скотину. Неподалеку от них он увидел двух женщин, которые отгоняли свое стадо. Он сказал: "Что с вами?" Они сказали: "Мы не поим скотину, пока пастухи не уведут свои стада. Наш отец глубокий старец".
Ələddin Sultanov:
Mədyənin su quyusuna çatanda orada heyvanlarını sulayan bir dəstə adam gördü. Onlardan başqa heyvanlarının suya getməsinə mane olan iki qız da görüb onlara dedi: “Sizin dərdiniz nədir?” Onlar: “Çobanlar gedənə qədər heyvanlarımıza su vermirik. Atamız da çox yaşlıdır”, - dedilər.
Kerbelayi Malik ağa:
Mədyən suyuna çatdığı zaman heyvanlarını sulayan bir dəstə adam onlardan başqa, (heyvanlarını suya getməyə) qoymayan iki qadın gördü. Onlara: ‘Sizin halınız (dərdiniz) nədir?’ dedi. (O iki qadın): ‘Çobanlar (sürüləriylə) çəkilmədikcə biz (heyvanlarımızı) sulaya bilmərik. Bizim atamız çox qocadır.’ dedilər.
Ələsgər Musayev:
Amma el? ki, varid oldu M?dy?nd?ki suya, rast g?ldi onun uz?rind? bir d?st? suvaran insanlara v? rast g?ldi onlardan basqa k?nara c?kilmis iki qad?na. Dedi: «Isiniz n?dir?» Dedil?r: «Biz suvara bilm?rik, ta cobanlar c?kilm?yibl?r. Atam?z boyuk seyxdir».
A.Mehdiyev və D.Cəfərli:
(Musa) Mədyən şəhərinin suyuna yetişdikdə, bir dəstə adamın (öz qoyunlarına) su verdiyini gördü. Onların yanında (isə) (öz heyvanlarını camaatın heyvanlarına qarışmağa) qoymayan iki qadın görüb dedi: «Sizin işiniz nədir? (Niyə burada durmusunuz?)» Dedilər: «Bu çobanlar (öz heyvanlarını) qaytarıb aparmayınca biz (öz heyvanlarımıza) su vermərik. Bizim atamız (Şüeyb adında) yaşlı qoca bir kişidir».
Kövsər Tağıyev:
Mədyən suyuna çatanda suyun başında (heyvanlarını) suvaran bəzi insanlar gördü. Onların yanında isə qoyunlarını suya getməyə qoymayan iki qız gördü. Musa onlara: “(Qoyunlarınızı burada saxlamaqda) məqsədiniz nədir?” dedi. Onlar: “Çobanlar qoyunlarını suvarıb çəkilənə qədər biz qoyunlarımızı suvarmırıq. Atamız isə çox yaşlı bir adamdır”, dedilər.
M.Qənioğlu və T.Bilaloğlu:
O, Mədyən çeşməsinin yanına gələndə orada (heyvanlarını suvaran) bir yığın adam gördü. Onlardan aşağıda bir yana çəkilmiş iki qadın gördü. Musa dedi: “Sizə olub?” Onlar dedilər "Bu çobanlar çəkilməyincə biz (heyvanlanmızı) suvara bilmirik. Atamız da çox yaşlı bir qocadır."
Sabirə Dünyamalıyeva:
Musa Mədyən suyuna çatanda orada heyvanlarını sulayan insanlardan bir tayfa gördü, başçıları da var idi. Musa, heyvanlarını sulayanlar qədər güclü olmayan, heyvanlarını geri çəkən iki qadın gördü. Dedi ki: "Halınız necədir?" Dedilər ki: "Çobanlar sulayıb qurtarmamış biz sulamarıq; atamız da çox yaşlı bir qocadır."