Əlixan Musayev:
Gecə və gündüz yatıb dincəlməyiniz, Onun lütfünü axtarmağınız da Onun dəlillərindəndir. Həqiqətən, bunda eşidən kəslər üçün ibrətamiz dəlillər vardır.
Bünyadov-Məmmədəliyev:
Gecə və gündüz yatıb dincəlməyiniz (gecə istirahət etməyiniz, gündüz əlləşib çalışmağınız), nemətindən ruzi (qismətinizi) axtarmanız da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, (öyüd-nəsihət) eşidənlər üçün bunda ibrətlər vardır!
Elmir Quliyev
:
Среди Его знамений — ваш ночной и дневной сон и ваши поиски Его милости. Воистину, в этом — знамения для людей слышащих.
Ələddin Sultanov:
Gecə və gündüz yatıb dincəlməyiniz də, Onun lütfündən (ruzi) istəməyiniz də Onun (varlığının) dəlillərindəndir. Həqiqətən, eşidənlər üçün bunda ibrətlər vardır.
Kerbelayi Malik ağa:
Onun ayələrindəndir ki, siz gecə yatırsınız və gündüz Onun fəzlindən istəyirsiniz. Şübhəsiz ki, bunda eşidən bir qövm üçün mütləq ayələr (dəlillər) vardır.
Ələsgər Musayev:
Onun
ayətindəndir gecədə yuxunuz və gündüzdə Onun fəzlindən
axtarmanız. Həqiqətən, bunda ayətlər var eşidəcək qoum üçün.
A.Mehdiyev və D.Cəfərli:
Sizin gecə və gündüz (beynin və bədənin fəaliyyətdə olan qüvvələrinin öz güclərini bərpa etmək üçün olan) yuxunuz və Onun fəzlindən (ruzi və yaşayış ehtiyaclarını təmin etmək üçün imkanlar) aramanız da Onun nişanələrindəndir. Şübhəsiz, bunda (iki halda: istirahət və çalışmada) eşidən bir qövm üçün nişanələr (ibrətlər) vardır.
Kövsər Tağıyev:
Gecə vaxtı yatmağınız, gündüz vaxtı Onun lütfündən payınıza düşəni aramağınız da Onun (varlığının və qüdrətinin) dəlillərindəndir. Həqiqətən, bunda eşidən bir toplum üçün ibrətlər var.
M.Qənioğlu və T.Bilaloğlu:
Sizin gecə və gündüz yatmanız və Allahın nemətlərini axtarıb tapmanız Onun dəlillərindəndir. Həqiqətən, eşidən adamlar üçün bunda ibrətlər vardır.
Sabirə Dünyamalıyeva:
Yenə gecə və gündüz yatıb dincəlməyiniz və nemətlərindən ruzi axtarmağınız da Onun əlamətlərindən/işarətlərindəndir. Şübhəsiz ki, bunda qulaq asan bir qövm üçün nə qədər işarətlər/nişanələr var.