Əlixan Musayev:
Onun qarşısında, izin verdiyi kəslərdən başqa, heç kimin şəfaəti fayda verməz. Nəhayət, (mələklərin) qəlbindən qorxu keçib getdikdə onlar: “Rəbbiniz nə buyurdu?”– deyə soruşarlar, digərləri isə: “Haqqı (buyurdu)! O, Ucadır, Böyükdür!”– deyə cavab verərlər.
Bünyadov-Məmmədəliyev:
Onun hüzurunda, izin verdiyi kimsələr istisna olmaqla, heç kəsin şəfaəti fayda verməz. (Elə isə hansı ağılla bütlər sizi Allaha yaxınlaşdıracaq, sizin üçün Allahdan şəfaət diləyəcəklər deyə, onlara ibadət edirsiniz?) Nəhayət, (bəzi möhtərəm zatlara şəfaət etməyə izin verildiyinə görə məhşərə gətirilənlərin) ürəklərindən o (müdhiş) qorxu çıxınca onlar (şəfaət edəcək kəslərdən, yaxud mələklərdən sevinclə): “Rəbbiniz nə buyurdu?” – deyə soruşar, o biriləri də: “Haqqı (buyurdu)! (Şəfaətə izin verdi). O, (hər şeydən) ucadır, (hər şeydən) böyükdür!” – deyə cavab verərlər.
Elmir Quliyev
:
Ничье заступничество перед Ним не принесет пользы, кроме тех, кому будет дозволено. Когда же страх покинет их (многобожников или ангелов) сердца, они скажут: "Что сказал ваш Господь?" Они скажут: "Истину, ведь Он — Возвышенный, Великий".
Ələddin Sultanov:
Onun hüzurunda, izin verdiyi kimsələrdən başqasının şəfaəti fayda verməz. Nəhayət, onların qəlblərindən qorxu çıxdığı zaman: “Rəbbiniz nə buyurdu?” - deyərlər. Onlar da: “Haqq olanı buyurdu. O ucadır, böyükdür!” - deyərlər.
Kerbelayi Malik ağa:
Onun hüzurunda izn verdiyi kimsədən başqasının şəfaəti bir fayda verməz. Onların qəlblərindən qorxu getdikdə: ‘Rəbbiniz nə buyurdu?’ dedilər. (Onlar da) ‘Haqqı buyurdu.’ dedilər. O, Alidir (çox uca), Kəbirdir (çox böyük).
Ələsgər Musayev:
Və mənfəət verməz Onun yanında şəfaət, ancaq Onun izn
verdiyi kimsədən başqa. Ta onda ki, qəlblərindən qorxu çıxar,
deyərlər: «Nə dedi Rəbbiniz?» Deyərlər: «Haqqı! O – Alidir,
Kəbirdir!»
A.Mehdiyev və D.Cəfərli:
(Şəfaət etməsinə, ya şəfaət olunmasına) izn verdiyi kimsələr istisna olmaqla şəfaət etmək və şəfaət olunmaq Onun yanında (o gün) fayda verməyəcəkdir. (Və günahkarlar o gün vəhşət içərisində olacaqlar). Nəhayət (izn verilərkən) onların qəlblərindən qorxu və vəhşət getdikdə (şəfaət edənlərə) deyərlər: «Rəbbiniz nə dedi?» Deyərlər: «Haqq (olan bir kəlam dedi və şəfaətə izn verdi), və O (hər şeydən) uca və böyükdür».
Kövsər Tağıyev:
Allah qatında Onun izin verdiyi kimsədən başqasının şəfaəti fayda verməz. (Şəfaət üçün izin verilib) qəlblərindən qorxu çıxarılınca bir-birilərindən: “Rəbbiniz nə söylədi?” – deyə soruşarlar. Onlar isə: “Haqqı”, – deyə cavab verərlər. O, ucadır, böyükdür.
M.Qənioğlu və T.Bilaloğlu:
Özünün izn verdiyi kəslərdən başqa (kiminsə) Onun qarşısında (kiməsə) havadarlıq etməsi bir fayda verməz. Qorxu ürəklərindən silinən kimi isə onlar deyərlər: "Rəbbiniz nə buyurdu?" O birilər: "Haqqı! Axı O, ucadır, böyükdür." -deyərlər.
Sabirə Dünyamalıyeva:
Onun hüzurunda kömək, dəstək, şəfaət[#243] yalnız Onun icazə verdiyi kimsəyə faydalı olar. Nəhayət qəlblərdəki dəhşət aradan qaldırıldığı zaman: "Rəbbiniz nə dedi?" deyərlər. Onlar: "Haqqı" deyərlər. Və O, çox ucadır, çox böyükdür.