Əlixan Musayev:
Bu mənim qardaşımdır. Onun doxsan doqquz qoyunu, mənim isə bircə qoyunum vardır. (Bununla belə:) “Onu mənə ver!”– dedi və mübahisədə mənə üstün gəldi”.
Bünyadov-Məmmədəliyev:
(Onlardan biri dedi: ) “Bu mənim (din) qardaşımdır. Onun doxsan doqquz dişi qoyunu, mənim isə bircə dişi qoyunum vardır (yaxud onun doxsan doqquz zövcəsi, mənim isə bircə zövcəm var). Belə bir vəziyyətdə: “Onu mənə ver! (Məni ona sahib et!)” – dedi və (dildən pərgar olduğu üçün) mübahisədə məni məğlub etdi”.
Elmir Quliyev
:
Это — мой брат. У него есть девяносто девять овец, а у меня — всего одна овца. Он сказал: “Отдай ее мне!” — и одолел меня на словах".
Ələddin Sultanov:
(Onlardan biri belə dedi:) “Bu mənim qardaşımdır. Onun doxsan doqquz qoyunu var. Mənim isə bir qoyunum var. Buna baxmayaraq o: “Onu da mənə ver!” – dedi və danışıq qabiliyyəti ilə məni məğlub etdi”.
Kerbelayi Malik ağa:
Həqiqətən bu mənim qardaşımdır. Onun doxsan doqquz qoyunu var və mənim bir qoyunum var. Buna baxmayaraq ‘onu da mənə ver.’ dedi. Söylədikləri ilə mənə üstün gəldi.
Ələsgər Musayev:
Salam üzərinə mürsəllərin!
A.Mehdiyev və D.Cəfərli:
(Onlardan biri dedi:) Həqiqətən bu şəxs mənim qardaşımdır. Onun doxsan doqquz dişi qoyunu, mənim bir dişi qoyunum var. O mənə «onu da mənə ver» dedi və o, söhbətdə mənə qalib gəlmişdir.
Kövsər Tağıyev:
Davaçıların xəbəri sənə gəldib çatdımı? Onlar divarı aşaraq məbədə girmişdilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Bax, bu qardaşımdır. Onun doxsan doqquz qoyunu var, mənim isə bircə qoyunum vardır. O: "Onu da mənə tapşır! " - deyib mübahisədə mənə güc gəldi.”
Sabirə Dünyamalıyeva:
Biri də dedi ki: "Bax, bu, mənim qardaşımdır. Onun doxsan doqquz qoyunu var, mənim isə bircə qoyunum var. Belə olduğu halda, onu da mənə ver, dedi və danışıqda mənə üstün gəldi/mübahisədə məni məğlub etdi."