Zümər Surəsi 23. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Allah Sözün ən gözəlini (ayələri) bir-birinə bənzəyən təkrarlanan Kitab kimi nazil etdi. Rəbbindən qorxanların ondan dəriləri ürpəşər. Sonra isə Allahı yad etməklə dəriləri qəlbləri yumşalır. Bu, Allahın hidayətidir. Onunla istədiyini doğru yola yönəldir. Allahın zəlalətə saldığı şəxsə isə yol gös­­tərən olmaz.
Bünyadov-Məmmədəliyev:
Allah sözün ən gözəlini (Quranı, ayələri) bir-birinə bənzər, (xəbərləri hekayətləri, əmrləri qadağanları, vədləri təhdidləri) təkrarlanan bir kitab şəklində nazil etdi. Ondan (Quranın təhdidlərindən) Rəbbindən qorxanların tükləri biz-biz olar. Allahın zikrindən (öyüd-nəsihətlərindən, vədlərindən) sonra ürəkləri yerinə gəlib qorxuları gedər. Bu (Quran) Allahın hidayətidir. Onunla istədiyini doğru yola yönəldər. Allahın (küfr edəcəyini əzəldən bildiyi üçün) yoldan çıxartdığı kimsəyə isə heç bir yol göstərən olmaz!
Elmir Quliyev :
Аллах ниспослал наилучшее повествование Писание, аяты которого сходны и повторяются. У тех, кто страшится своего Господа, от него по коже проходит дрожь. А потом их кожа и сердца смягчаются при поминании Аллаха. Это верное руководство Аллаха, посредством которого Он ведет прямым путем того, кого пожелает. А кого Аллах введет в заблуждение, тому не будет наставника.
Ələddin Sultanov:
Allah sözün ən gözəlini, bir-birinə bənzər təkrarlanan bir kitab olaraq nazil etdi. Rəbbindən qorxanların onun təsirindən dəriləri ürpəşər. Sonra Allahı zikr etməklə dəriləri qəlbləri yumşalar (rahatlıq tapar). Bu, Allahın hidayətidir. O, istədiyini onunla doğru yola yönəldər. Lakin Allahın haqq yoldan azdırdığı kimsəni heç kim doğru yola yönəldə bilməz.
Kerbelayi Malik ağa:
Allah ihdas etdiyi (nurların) əhsən olanlarını (rəhmət, fəzl salavatı) iki-iki (salavat-rəhmət salavat-fəzl) Kitaba bənzər olaraq endirdi. Rəblərindən huşu duyanların dəriləri ondan ürpərər. Sonra onların dəriləri qəlbləri Allahın zikriylə yumşalar, sakit olar (rahatlaşar). Bu, Allahın hidayətidir, dilədiyini onunla hidayətə ərdirər. Allah kimi dəlalətdə buraxarsa artıq onun üçün bir hidayətçi yoxdur.
Ələsgər Musayev:
Allah nazil etdi yaxşı hədis kitabını oxşar, təkrar olunan hissələrlə. Ondan hansı ki, titrəyir cildləri o kəslərin ki, çəkinirlər Rəblərindən. Sonra yüngülləşir cildləri qəlbləri yad edilməsinə tərəf Allahın. Bu, hidayətidir Allahın, hidayət edir onunla kimi istəsə kimi tərk edərsə Allah zəlalətdə, onun üçün hidayət edən olmaz!
A.Mehdiyev və D.Cəfərli:
Allah sözün ən gözəlini ayələri biri digərinə bağlı bir-birini açıqlayan, təfsir edən, (ayələrinin hamısı kəlmələrin fəsahəti, bəyanının möhkəmliyi mənasının dərinliyi baxımından) bir-birinə bənzəyən kitab (şəklində) nazil etmişdir. Rəbblərindən qorxan kəslərin (bədənlərinin) dəriləri ondan (onu eşidəndə) titrəyər. Sonra onların dəriləri ürəkləri yumşalar onlar rahatlıq Allaha inam taparlar. Bu (vəziyyət), Allahın hidayətidir ki, istədiyi kəsi onun vasitəsi ilə doğru yola istiqamətləndirir. Allah kimi azğınlıqda boşlasa (müvəffəqiyyəti ondan alsa), onun heç vaxt bir yol göstərəni olmayacaqdır.
Kövsər Tağıyev:
Allah sözün ən gözəlini ayələri, (gözəllikdə) bir-birinə bənzəyən (hökmləri, öyüdləri, qissələri) təkrarlanan bir kitab olaraq endirmişdir. Rəblərindən qorxanların dəriləri (vücudları) ondan ötrü gərginləşər. Sonra dəriləri (vücudları da), qəlbləri Allahın zikrinə qarşı yumşalar. Bax bu Qur`an Allahın hidayət rəhbəridir. Onunla istədiyini doğru yola yönəldər. Allah kimi sapdırarsa, artıq onun üçün heç bir yol göstərən tapılmaz.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah deyimlərin ən gözəlini [Quranı] ayələri bir-birinə bənzəyən, hökmləri qarşılıqlı [mükafat-cəza] olan kitab şəklində nazil etmişdir. Öz Rəbbindən qorxanların dərisi bundan ürpəşər, sonra isə Allahı zikr etməklə onların dərisi ürəkləri yumşalar. Bu [Quran], Allahın düz yol göstəricisidir ki, istədiyi kəsi onunla aparar. Allah azdırana yol göstərən olmaz!
Sabirə Dünyamalıyeva:
Allah, sözün ən gözəlini mənaları bənzəyən, ikili[#246] [ikiqat] bir kitab halında nazil etmişdir. Rəbbinə hörməti olanların ondan tükləri biz-biz olar.[#247] Sonra dəriləri qəlbləri Allahın zikrinə qarşı yumşalar. Bax bu, Allahın hidayətidir. Allah, onunla istədiyini [doğruya] yönəldir. Hər kimi Allah yoldan azdırsa, artıq ona doğru yolu göstərən biri tapılmaz.