Əlixan Musayev:
Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş qızları, bacı qızları, sizi əmizdirən süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları, yaxınlıq etdiyiniz qadınlarınızın himayənizdə olan ögey qızları – yox əgər o qadınlarla yaxınlıq etməmişsinizsə, onda bu (ögey qızlarınızla evlənməyiniz) sizə günah deyildir, öz belinizdən gələn oğullarınızın arvadları (ilə evlənmək) və iki bacını birlikdə almaq haram edildi. Olub-keçənlər isə artıq keçmişdir. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir.
Bünyadov-Məmmədəliyev:
Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş və bacılarınızın qızları, süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları və yaxınlıq etdiyiniz qadınlarınızın himayənizdə olan qızları (ögey qızlarınız) ilə evlənmək haram edildi. Cinsi əlaqədə olmadığınız qadınlarınızın qızları ilə evlənmək isə sizin üçün günah deyildir. Öz belinizdən gələn oğullarınızın arvadları ilə evlənmək və iki bacını birlikdə almaq da sizə haramdır. Yalnız keçmişdə (Cahiliyyət dövründə) olan bu cür işlər müstəsnadır. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!
Elmir Quliyev
:
Вам запретны ваши матери, ваши дочери, ваши сестры, ваши тетки со стороны отца, ваши тетки со стороны матери, дочери брата, дочери сестры, ваши матери, вскормившие вас молоком, ваши молочные сестры , матери ваших жен, ваши падчерицы, находящиеся под вашим покровительством, с матерями которых вы имели близость, но если вы не имели близости с ними, то на вас не будет греха; а также жены ваших сыновей, которые произошли из ваших чресл. Вам запретно жениться одновременно на двух сестрах, если только это не произошло прежде. Воистину, Аллах — Прощающий, Милосердный.
Ələddin Sultanov:
Analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaşınızın qızları, bacınızın qızları, sizi əmizdirən analarınız, süd bacılarınız, arvadlarınızın anaları və cinsi əlaqədə olduğunuz arvadlarınızdan olub sizin evinizdəki ögey qızlarınızla evlənmək sizə haram edilmişdir. Əgər onlarla (ögey qızlarınızın anaları ilə) cinsi əlaqədə olmamısınızsa, (qızları ilə evlənmək) sizin üçün günah deyildir. Öz belinizdən gələn oğullarınızın arvadları və iki bacını birlikdə almaq da (sizə haram edilmişdir). Ancaq keçmişdə baş vermiş (bu cür işlər) istisnadır. Şübhəsiz ki, Allah bağışlayandır, mərhəmətlidir. (Yuxarıdakı ayədə, cinsi əlaqədə olmadığınız arvadlarınızın qızları ilə evlənə bilərsiniz deyə buyurulmuşdur. Burada qəsd olunan məna odur ki, həmin arvadları boşadıqdan sonra onların qızları ilə evlənməkdə hər hansı bir qəbahət yoxdur. Yoxsa həm anası, həm də qızı ilə eyni vaxtda nikahlanmaq caiz deyildir. Bundan əlavə, ayədə digər qohumlarla evliliyə icazə verilsə də hədislərdə qohum olmayanlarla evlənmək tövsiyə olunmuşdur.)
Kerbelayi Malik ağa:
Sizə (bunlarla evlənməyiniz) haram qılındı. Analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaşınız qızları, bacınız qızları, süd ananız, süd bacınız, arvadlarınızın anaları, yaxınlıq etdiyiniz qadınlarınızdan olub evlərinizdə olan ögey qızlarınız. Lakin əgər onlarla hələ yaxınlıq etməmişsinizsə, o təqdirdə (onlarla evlənməyinizdə) sizin üzərinizə bir günah yoxdur. Sizin nəslinizdən gələn oğullarınızın qadınları və iki bacını birlikdə almağınız haramdır. Keçmişdə olanlar istisna olmaqla. Şübhəsiz ki, Allah Ğafurdur, Rəhimdir.
Ələsgər Musayev:
Haramdır sizin üçün analarınız və qızlarınız və
bacılarınız və bibiləriniz və xalalarınız və qardaşlarınızın
qızları və bacılarınızın qızları və süd analarınız və süd
bacılarınız və qadınlarınızın anaları və tərbiyə etdiyiniz qızlar,
hansı ki, otağınızdakı qadınlarınızındır, hansı ki, daxil
olmusunuz onlara. Və əgər onlara daxil olmayıbsınızsa, onda
sizin üzərinizdə günah yoxdur. Və öz belinizdən gələn
oğlanlarınızın arvadları və iki bacı birlikdə, ancaq nə ki, bu,
keçmişdə olub. Həqiqətən, olar Allah Ğəfur, Rəhim!
A.Mehdiyev və D.Cəfərli:
(Qohumlarınızdan məhrəm adlanan yeddi dəstə:) analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaşınızın qızları və bacınızın qızları, (eləcə də süd əmmək və evlənmək yolu ilə digər bir altı dəstə:) süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları, arvadlarınızın - yaxınlıq etdiyiniz arvadlarınızın himayənizdə olan qızları - əgər onlarla yaxınlıq etməmisinizsə onda sizə (ananı boşayıb qızla evlənməkdə) bir günah yoxdur-eləcə də (oğulluğa götürdüyünüz deyil) sizin belinizdən olan oğullarınızın arvadları və həmçinin iki bacını bir yerdə (eyni zamanda) almaq-(cahiliyyət dövründə olub) keçən istisna olmaqla-sizə əbədi haram olunmuşdur. Həqiqətən Allah həmişə çox bağışlayan və mehribandır.
Kövsər Tağıyev:
Sizə bunlarla evlənmək haram buyuruldu: Analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş və bacı qızları, sizi əmizdirən süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları, cinsi əlaqədə olduğunuz arvadlarınızdan olub evlərinizdə olan ögey qızlarınız, – əgər anaları ilə cinsi əlaqədə olmamısınızsa, onlarla evlənməyinizdə sizə bir günah yoxdur – öz oğullarınızın arvadları, iki bacını (nikah altında) birləşdirmək. Ancaq bundan əvvəlkilər (bu cür evliliklər) müstəsnadır. Şübhəsiz, Allah çox bağışlayandır, çox mərhəmət edəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Analarınızı, qızlarınızı, bacılarınızı, bibilərinizi, xalalarınızı, qardaş qızlarını, bacı qızlarını, sizi əmizdirmiş süd analannızı, süd bacılarınızı, qadınlarınızın analarını, əlaqədə olduğunuz qadınların himayənizdəki qızlarını, - əgər onlarla əlaqədə olmamışsınızsa, onda bu, sizə günah deyildir, - öz belinizdən gəlmiş oğullarınızın arvadlarını və iki bacını birlikdə almaq sizə haram edilmişdir. Bundan əvvəl olmuşlar isə müstəsnadır. Həqiqətən, Allah bağışlayandır, rəhmlidir.
Sabirə Dünyamalıyeva:
Sizə analarınız, qızlarınız, bacılarınız, xalalarınız, bibiləriniz, qardaşınızın qızları, bacınızın qızları, sizi əmizdirmiş olan analarınız [süd analarınız], süd bacılarınız, arvadlarınızın anaları, [cinsi] yaxınlıq etdiyiniz qadınlarınızın -[cinsi] yaxınlıq etməmişsinizsə, sizə bir günah yoxdur- əvvəlki ərlərindən olub evinizdə olan ögey qızlarınız, öz belinizdən gələn oğullarınızın arvadları və iki bacının arasını birləşdirmək -keçmişdə olub-keçənlər istisnadır- [iki bacını birlikdə almaq], müqavilələrinizin sahib olduqları istisna olmaqla kəbinli qadınlar da haram edildi. Allah çox bağışlayandır, çox mərhəmətlidir.