Şura Surəsi 23. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
İman gətirib yaxşı işlər görən qullarına Allahın müjdə verdiyi (nemət) budur. De: “Mən sizdən bunun əvəzində qohumluq sevgisindən başqa bir şey istəmirəm”. Kim bir yaxşılıq etsə, onun savabını artırarıq. Həqiqətən, Allah Bağışlayandır, şükrün əvəzini verəndir.
Bünyadov-Məmmədəliyev:
Allah iman gətirib yaxşı əməllər edən bəndələrinə bununla müjdə verir. (Ya Peyğəmbər!) De: “Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumluq məhəbbətindən (əhli-beytə sevgidən) başqa bir şey istəmirəm. Kim bir yaxşı görərsə, onun yaxşılığının savabının (mükafatını) artırarıq!” Həqiqətən, Allah bağışlayandır, qədirbiləndir! (Şükrün itaətin, gözəl əməllərin əvəzini verəndir!)
Elmir Quliyev :
Это то, чем Аллах радует Своих рабов, которые уверовали и совершали праведные деяния. Скажи: не прошу у вас за это никакой награды, кроме любви ради близости (ради моей близости к вам, или ради вашей близости к Аллаху, или любви к моим близким родственникам)". Тому, кто приобретет добро, Мы увеличим его. Воистину, Аллах Прощающий, Благодарный.
Ələddin Sultanov:
Allahın iman gətirib yaxşı işlər görən qullarına verdiyi müjdə budur. De: “Bunun müqabilində sizdən qohumluq sevgisindən başqa heç bir əvəz istəmirəm”. Kim yaxşı bir görərsə, orada onun yaxşılığını (savabını) artırarıq. Şübhəsiz ki, Allah bağışlayandır, şükrün mükafatını verəndir.
Kerbelayi Malik ağa:
Allahın amənu olan saleh əməl (nəfsi islahedici əməl) işləyən qullarını müjdələdiyi budur. De ki: ‘Mən sizdən təbliğim müqabilində yaxın qohumlarıma sevgidən başqa bir şey istəmirəm.’ Kim savab işlərsə, onun üçün gözəllikləri artırarıq. Şübhəsiz ki, Allah Ğafurdur, Şükür ediləndir.
Ələsgər Musayev:
Bu, odur ki, bəşarət verir Allah Öz bəndələrinə o kəslərə ki, inanırlar əməli salehdirlər. De: «Mən istəmirəm sizdən ona görə əcr, ancaq məhəbbət yaxınlarda. Kim edərsə yaxşılıq, artırarıq onun üçün onda yaxşılıq». Həqiqətən, Allah Ğəfurdur, Şakirdir!
A.Mehdiyev və D.Cəfərli:
Bu, Allahın, iman gətirərək yaxşı işlər görmüş bəndələrini müjdələdiyi həmin şeydir. De: «Sizdən bunun (ilahi tapşırıqların çatdırılmasının) müqabilində qohumlarım barəsində (qəlb əməldə olan) məhəbbətdən başqa bir muzd istəmirəm.» Kim bir yaxşı görsə (daha artıq məhəbbət göstərsə), Biz onun üçün həmin işdə yaxşılıq (savab) artırarıq(onun təbii mükafatına ən azı on dəfə artıq əlavə edərik). Həqiqətən Allah bağışlayan qədirbiləndir.
Kövsər Tağıyev:
Bax bu, Allahın iman edib saleh işlər görən qullarına müjdələdiyi şeydir. De ki: “Mən bunun (təbliğ vəzifəsinin) əvəzində sizdən yaxınlıq dostluqdan doğan sevgidən başqa bir qarşılıq istəmirəm”. Kim gözəl bir görərsə, onun yaxşılığını artırarıq. Şübhəsiz, Allah çox bağışlayandır, şükrün qarşılığını verəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah iman gətirib əməlisaleh olan bəndələrini belə müjdələyir. De: “Mən bu üçün sizdən əqrəbalıq sevgisindən başqa bir haqq istəmirəm." Kim xeyir əməl tutarsa, Biz onun üçün onun xeyrini daha da artırırıq. Həqiqətən, Allah bağışlayandır, şükrü qəbul edəndir!
Sabirə Dünyamalıyeva:
Bax budur, bu, Allahın, iman edən, düzəltmək yönündə işlər edən qullarına müjdələdiyi şeydir. De ki: “Mən bu təbliğimə qarşı sizdən yaxınlıqda sevgidən başqa, heç bir ödəniş istəmirəm”. hər kim bir yaxşılıq/gözəllik edərsə, Biz onda olan yaxşılığı/gözəlliyi artırarıq. Şübhəsiz ki, Allah çox bağışlayandır, qarşılığını verəndir.