Zuxruf Surəsi 23. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Biz səndən əvvəl hansı bir şəhərə xəbərdarlıq edən (bir peyğəmbər) göndərdiksə, onun cah-calal içində yaşayan sakinləri: “Biz atalarımızı bu yolda gördük biz onların yolunu tutub gedəcəyik!”– dedilər.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Biz səndən əvvəl hər hansı bir məmləkətə (Allahın əzabı ilə) qorxudan bir peyğəmbər göndərdiksə, onun naz-nemət içində yaşayan böyükləri (varlıları) sadəcə olaraq: “Biz atalarımızı bir din üzərində gördük biz (təqlidlə) onların ardınca getməkdəyik!” dedilər.
Elmir Quliyev :
Таким же образом, какого бы предостерегающего увещевателя Мы ни отправляли до тебя в какое-либо селение, его изнеженные роскошью жители обязательно говорили: "Воистину, мы нашли своих отцов на этом пути, и мы верно следуем по их стопам".
Ələddin Sultanov:
Səndən əvvəl hansı məmləkətə xəbərdarlıq edən bir peyğəmbər göndərmişiksə, oranın zəngin sakinləri yalnız: “Biz atalarımızın bir din üzərində olduqlarını gördük. Biz onların izindən gedirik”, - dedilər.
Kerbelayi Malik ağa:
Eynilə bunun kimi, səndən əvvəl hər hansı bir ölkəyə bir nəzir göndərdiksə, onun (o ölkənin) naz-nemət içində olanları: ‘Şübhəsiz ki, biz atalarımızı bir din üzərində gördük. Mütləq biz onların izlərinə tabe olanlarıq.’ dedilər.
Ələsgər Musayev:
Belə göndərdik səndən qabaq diyarlarda nəzərə çatdırandan, ancaq orada olan sərvətlilərdən dedi: «Biz tapdıq atalarımızı üzərində ümmətin biz üzərində onların asarlarının addımlayırıq!»
A.Mehdiyev və D.Cəfərli:
beləcə Biz səndən əvvəl hansı cəmiyyətə bir qorxudan (peyğəmbər) göndərdiksə, onların naz-nemət içində olanları dedilər: «Biz atalarımızı bir dində görmüşük biz onların arxasınca gedirik.»
Kövsər Tağıyev:
Beləliklə, biz səndən əvvəl heç bir məmləkətə bir xəbərdar edən göndərmədik ki, oranın dikbaş zənginləri: “Şübhəsiz, biz atalarımızı bir din üzərində gördük. Biz də, əlbəttə, onların izlərindən gedirik”, deməmiş olsunlar.
M.Qənioğlu və T.Bilaloğlu:
Həmçinin Biz hər hansı bir məmləkətə səndən əvvəl elə bir öyüd- nəsihətçi göndərməmişik ki, orada firavan güzəran sürən (başçıları) deməsinlər: "Biz ata-babalarımızı (özgə) bir etiqad üzərində gördük, biz onların izi ilə düz gedirik."
Sabirə Dünyamalıyeva:
bax beləcə, Biz səndən əvvəl hansı şəhərə xəbərdarlıq edən birini göndərsək, həqiqətən oranın lovğa varlıları: "Şübhəsiz ki, biz, atalarımızı bu ümmətdə gördük. Biz həqiqətən onların izində gedirik" demişdilər.