Əhqaf Surəsi 23. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Hud) dedi: “(Bu haqda) bilgi ancaq Allaha məxsusdur. Mən sizə yalnız mənimlə göndərilənləri təbliğ edirəm. Lakin mən sizin cahil adamlar olduğunuzu görürəm”.
Bünyadov-Məmmədəliyev:
(Hud) demişdi: “(Əzabın vaxt gələcəyini) ancaq Allah bilir. Mən sizə yalnız mənimlə göndərilənləri (risaləti, Allahın əmrlərini) təbliğ edirəm. Ancaq mən sizin cahil bir qövm olduğunuzu görürəm!”
Elmir Quliyev :
Он сказал: "Знание у Аллаха, а я лишь довожу до вашего сведения то, с чем я послан. Но я вижу, что вы являетесь невежественными людьми".
Ələddin Sultanov:
Hud dedi: “(Əzabın vaxt gələcəyi haqqında) məlumat yalnız Allah dərgahındadır. Mən sizə yalnız mənə göndərilənləri çatdırıram. Ancaq görürəm ki, siz cahil bir qövmsünüz”.
Kerbelayi Malik ağa:
Dedi ki: ‘O elm (o əzabın bilgisi) ancaq, Allahın dərgahındadır. Mən onunla göndərildiyimi sizə təbliğ edirəm. Lakin mən sizi cahillik edən bir qövm olaraq görürəm.’
Ələsgər Musayev:
Dedi: «Həqiqətən, elmi Allah yanındadır mən isə təbliğ edirəm sizə onu ki, ilə göndərilmişəm. Lakin mən sizi cahil qoum görürəm!»
A.Mehdiyev və D.Cəfərli:
Dedi: «Elm yalnız Allahın yanındadır (həmin əzabın nə, necə vaxt olacağını yalnız Allah bilir) mən yalnız (çatdırılmasına) göndərildiyim şeyi çatdırıram (tovhidə dəvət edir itaətsizlik göstərib həddini aşanları əzab nazil olmasından qorxuduram). Lakin sizi həmişə nadanlıq edən bir tayfa görürəm.»
Kövsər Tağıyev:
Hud: “(Bu mövzudakı) bilgi sadəcə Allah qatındadır. Mən sizə mənimlə göndəriləni təbliğ edirəm. Lakin mən sizi cahillik edən bir qövm olaraq görürəm”, dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
Hud demişdi: "Axı onu ancaq Allah bilir, mən isə ilə göndərilmişəmsə,onu da sizə çatdırıram. Lakin mən görürəm ki, siz cahil adamlarsınız.”
Sabirə Dünyamalıyeva:
Ad [qövmünün] qardaşı; Hud: "Şübhəsiz ki, o əzabın vaxt gələcəyinə dair məlumat Allah yanındadır. Mən isə sizə yalnız mənimlə göndərilənləri təbliğ edirəm. Lakin mən sizi cahillikdə inad edən bir qövm olaraq görürəm" dedi.