Maidə Surəsi 23. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Allahdan qorxanlardan, Allahın nemət verdiyi iki kişi dedi: “Onların üzərinə (şəhər) qapısından daxil olun. Əgər siz ora daxil olsanız, əlbəttə, qalib gələrsiniz. Əgər möminsinizsə, Allaha təvəkkül edin!”
Bünyadov-Məmmədəliyev:
(Allahdan) qorxanlardan Allahın nemət verdiyi iki nəfər dedi: “Onların üstünə (qəflətən) qapıdan (yaşadıqları şəhərin qapısından) girin. Əgər (qapıdan) girsəniz, onlara mütləq qələbə çalarsanız. Əgər möminsinizsə, Allaha təvəkkül edin!”
Elmir Quliyev :
Двое богобоязненных мужчин, которым Аллах оказал милость, сказали: "Входите к ним через ворота. Когда вы войдете туда, вы непременно одержите победу. Уповайте только на Аллаха, если вы являетесь верующими".
Ələddin Sultanov:
Qorxanların arasından Allahın nemət verdiyi iki adam: “Onların üstünə qapıdan girin (hücum edin)! Ora girsəniz, siz mütləq qalib gələcəksiniz. Əgər möminsinizsə, Allaha təvəkkül edin!” dedi.
Kerbelayi Malik ağa:
Qorxanların arasından Allahın nemət verdiyi iki adam belə dedi: ‘Onların üzərlərinə qapıdan girin, beləcə oradan (qapıdan) girdiyiniz zaman şübhəsiz ki, siz qalib gələrsiniz. Əgər möminsinizsə, artıq Allaha təvəkkül edin (Allaha güvənin).’
Ələsgər Musayev:
Dedi iki kişi o kəslərdən ki, qorxurdular - neməti Allahın üzərinə hər ikisinin: «Daxil olun üzərinə onların qapıdan. Onda ki, daxil oldunuz ona, həqiqətən, siz qaliblərsiniz. Təvəkkül edin üzərinə Allahın, əgər oldunuz inananlar!»
A.Mehdiyev və D.Cəfərli:
(Allahdan) qorxanlardan olan Allahın (iman şücaət) nemət(i) verdiyi şəxslərdən iki kişi dedi: «Bu qapıdan (şəhərin darvazasından) onlara hücum edin elə ki, oraya daxil oldunuz, mütləq siz qalibsiniz.Əgər imanınız varsa yalnız Allaha təvəkkül edin».
Kövsər Tağıyev:
Qorxanlar arasından Allahın nemət verdiyi iki adam belə demişdi: “Onların üstünə qapıdan girin. Əgər oraya girsəniz, şübhəsiz, qaliblərdən olarsınız. Əgər möminlərsinizsə, yalnız Allaha təvəkkül edin”.
M.Qənioğlu və T.Bilaloğlu:
(Allahdan) qorxanlardan Allanın nemətləndirdiyi [mərhəmət göstərdiyi] iki nəfər dedi: “Siz qapıdan (qəflətən) girib onların üzərinə (hücum edin). Siz oradan girsəniz qələbə çalarsınız. Əgər möminsinizsə, Allaha təvəkkül edin!”
Sabirə Dünyamalıyeva:
Qorxanlardan olan Allahın nemət verdiyi iki kişi[#402] dedi: "Onların üstlərinə qapıdan girin. Oradan girsəniz, şübhəsiz ki, siz qalib olarsınız. Əgər inanırsınızsa, işin nəticəsini artıq yalnız Allaha həvalə edin."