Fəcr Surəsi 23. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
o gün Cəhənnəm gətiriləcək. O gün insan (günahlarını) xatırlayacaqdır. Lakin (bu) xatırlamanın ona faydası?
Bünyadov-Məmmədəliyev:
Cəhənnəmin (məhşər meydanına) gətiriləcəyi gün məhz o gün insan (öz günahlarını) xatırlayacaqdır. Lakin bu xatırlamağın ona faydası?!
Elmir Quliyev :
в тот день приведут Геенну, и тогда человек помянет назидание. Но к чему такое поминание?
Ələddin Sultanov:
cəhənnəm gətirildiyi zaman məhz o gün insan (bütün etdiklərini) xatırlayacaqdır. Ancaq xatırlamağın ona faydası var?!
Kerbelayi Malik ağa:
O gün (izn günü) cəhənnəm gətirilmişdir. İnsan o gün (izn günü) düşünüb xatırlayar bu xatırlamanın ona necə faydası olar ki?
Ələsgər Musayev:
Gələcək o gün gətirilən cəhənnəm. O gün zikr edər insan faydası onun üçün zikr etməyinin?
A.Mehdiyev və D.Cəfərli:
Cəhənnəmin (yaxına) gətiriləcəyi gün-məhz o gün insan (tovhid həqiqətlərini, yaradılış şəriət məqsədlərini) xatırlayar, amma bu xatırlamaqdan ona (fayda)?!
Kövsər Tağıyev:
o gün cəhənnəm gətirildiyi zaman, bax o gün insan (etdiklərini bir-bir) xatırlayar. Lakin bu xatırlamanın ona necə faydası olacaq?!
M.Qənioğlu və T.Bilaloğlu:
cəhənnəm ortaya gətirələcək gün, o gün insan (günahlannı) yadına salacaqdır. Lakin bu yaddaş artıq onun nəyinə lazımdır?!
Sabirə Dünyamalıyeva:
o gün cəhənnəm gətiriləcək; o gün, o insanın ağlı başına gələcək, ağlının başına gəlməsinin artıq ona faydası var?