Əlixan Musayev:
Qadınlarınızı boşadığınız və onların gözləmə müddəti başa çatdığı zaman (ərlə arvad şəriətə) müvafiq qayda üzrə öz aralarında razılığa gələrsə, o qadınlara yenidən əvvəlki ərlərinə ərə getməyə mane olmayın. Bu sizlərdən Allaha və Axirət gününə iman gətirənlərə verilən bir öyüd-nəsihətdir. Bu sizin üçün daha yaxşı və daha pakdır. Allah bilir, siz isə bilmirsiniz.
Bünyadov-Məmmədəliyev:
Boşanmış qadınların gözləmə müddətləri bitərkən aralarında barışıq və yaxşılıqla yaşamağa razılıq olduğu zaman onların təkrar öz ərlərinə nikah edilməsinə mane olmayın! Bu sizin Allaha və axirət gününə inananlarınıza verilən bir nəsihətdir. Bu (şəri baxımdan) sizin üçün daha təmiz (faydalı) və daha pakdır. Allah (sizin mənfəətinizi) bilir, siz bilməzsiniz!
Elmir Quliyev
:
Если вы развелись с вашими женами, и они выждали положенный им срок, то не мешайте им выходить замуж за своих прежних мужей, если они договорились друг с другом на разумных условиях. Таково назидание тому из вас, кто верует в Аллаха и в Последний день. Так будет лучше и чище для вас. Аллах знает, а вы не знаете.
Ələddin Sultanov:
Qadınları boşadığınız və gözləmə müddətləri bitdiyi zaman, əgər aralarında müvafiq şəkildə razılığa gəliblərsə, onların yenidən öz ərləri ilə evlənmələrinə mane olmayın! Bu, sizdən Allaha və axirət gününə inananlar üçün bir nəsihətdir. Bu, sizin üçün daha xeyirli və daha pakdır. Allah bilir, siz isə bilməzsiniz.
Kerbelayi Malik ağa:
Qadınları boşadığınız zaman gözləmə müddətlərini tamamladıqdan sonra artıq onlar öz aralarında marufla (adət-ənənyə uyğun olaraq xoşluqla) razılığa gəlsələr, o təqdirdə onların (qadınların əvvəlki) ərləri ilə evlənmələrinə mane olmayın. Sizdən Allaha və yəvm'il axıra iman etmiş olan kimsəyə bununla öyüd verilir. Bunlar sizin daha çox islah olmağınız və daha yaxşı təmizlənməyiniz üçündür. Allah bilər, siz bilməzsiniz.
Ələsgər Musayev:
Onda ki, talaq
verdiniz qadınlara və yetişdi əcəlləri onların, mane olmayın
onlara ki, etsinlər nigah öz zövcləri ilə, onda ki, razıdırlar
aralarında onlar mərifətlə. Bu, nəsihətdir onunla, kim oldu
sizdən inanan Allah ilə və günü ilə axırın. Bu, sizə zəka sizin
üçün və tahirdir. Və Allah bilir və siz bilmirsiniz!
A.Mehdiyev və D.Cəfərli:
Qadınlara talaq verdikdən və onlar iddənin sonuna çatdıqdan sonra, öz aralarında xoşluqla razılığa gəldikləri təqdirdə onların öz ərləri ilə (əvvəlki ərləri, ya yeni ərə gedəcəkləri kişilərlə) evlənmələrinə mane olmayın. Bununla (bu hökmlə) sizdən Allaha və axirət gününə iman gətirənlərə öyüd-nəsihət verilir. Bu, sizin üçün daha yaxşı və daha pakdır. Allah bilir, siz isə bilmirsiniz.
Kövsər Tağıyev:
Qadınları boşadığınız və onlar da gözləmə müddətini tamamladıqları zaman öz aralarında ağla və dinə uyğun olaraq xoşluqla razılaşdıqları təqdirdə ərləri ilə (yenidən) evlənmələrinə mane olmayın. Bununla sizdən Allaha və axirət gününə iman edənlərə öyüd verilir. Bu, sizin üçün daha xeyirli və daha təmizdir. Allah bilir, siz bilməzsiniz.
M.Qənioğlu və T.Bilaloğlu:
Arvadları boşasanız və onlar öz (üç ay) müddətlərinə çatmış olsalar (əvvəlki) ərləri ilə aralarında qayda üzrə razılığa gələrsələr, nikaha girmələrinə mane olmayın. Bu, sizlərdən Allaha və axirət gününə inananlar üçün bir öyüd-nəsihətdir. Sizin üçün bu, daha xeyirli və təmizdir. Allah bilir, siz bilmirsiniz !
Sabirə Dünyamalıyeva:
Və siz qadınları boşadığınız və onlar da müddətlərinin sonuna gəldikləri zaman, ərləri ilə adətlərə uyğun şəkildə/hər kəs tərəfindən qəbul edilən şəkildə razılığa gəldikləri zaman, ərləri ilə kəbin kəsdirəcəklər deyə onları sıxışdırıb mane olmayın. Bax bu, sizdən Allaha və axirət gününə iman edən kəslərə bir öyüddür. Bax bu, sizin üçün daha uyğun və daha pakdır. Və Allah bilir, siz bilməzsiniz.