Əlixan Musayev:
Bu iki zümrənin halı korla karın, görənlə eşidənin halına bənzəyir. Onların halı eyni ola bilərmi? Məgər düşünüb ibrət almırsınız?
Bünyadov-Məmmədəliyev:
Bu iki tayfanın (kafirlərin və möminlərin) vəziyyəti korla karın, görənlə eşidənin vəziyyəti kimidir. Onlar eyni ola bilərlərmi?! Məgər ibrət almırsınız?
Elmir Quliyev
:
Эти две группы подобны слепому и глухому и зрячему и слышащему. Разве можно их сравнить друг с другом? Неужели вы не помяните назидание?
Ələddin Sultanov:
İki dəstənin (möminlər və kafirlərin) halı korla karın, görənlə eşidənin halı kimidir. Onların halı eyni ola bilərmi?! Hələ də düşünüb ibrət almırsınızmı?
Kerbelayi Malik ağa:
İki qrupun vəziyyəti kor və kar ilə görən və eşidənin vəziyyəti kimidir. İkisinin halı (səviyyəsi) eynidirmi? Hələ təzəkkür etmirsinizmi?
Ələsgər Musayev:
Bu iki firqənin
məsəli kor və kar, görən və eşidən kimidir. Məgər bu məsəldə
bərabərdirlərmi? Ə, yad etməzsinizmi?
A.Mehdiyev və D.Cəfərli:
Bu iki dəstənin (kafirlərlə möminlərin) məsəli korla kar və görənlə eşidən kimidir. Məgər bu ikisi sifət və hal baxımından birdirlər? Məgər ibrət götürmürsünüz?!
Kövsər Tağıyev:
Bu iki firqənin halı kor və kar kimsə ilə görən və eşidən kimsənin halı kimidir. Bunların halı heç bir-biri ilə eyni olarmı? Hələ də düşünmürsünüzmü?
M.Qənioğlu və T.Bilaloğlu:
Bu iki dəstənin məsəli kor və karla görən və eşidənin məsəlinə bənzəyir. Məgər bunlar ikisi də vəziyyətcə bir-birlərinə taydırlar? Bir ibrət almazsınızmı?
Sabirə Dünyamalıyeva:
Bu iki qrupun misalı, kor və kar ilə görən və eşidən kimidir. Bunlar misal olaraq heç bir-birinə tay ola bilərmi? Hələ də düşünməyəcəksiniz/öyüd qəbul etməyəcəksiniz?