Əlixan Musayev:
(Qadın) ona meyl etmişdi. Əgər (Yusuf) Rəbbinin dəlilini görməsəydi, o da ona meyl edərdi. Beləcə, Biz pisliyi və çirkin əməli ondan uzaqlaşdırdıq. Həqiqətən, o, Bizim seçilmiş qullarımızdandır.
Bünyadov-Məmmədəliyev:
Doğrudan da (qadın) ona meyl salmışdı. Əgər Rəbbinin dəlilini (xəbərdarlığını) görməsəydi, (Yusif də) ona meyl edərdi. Biz pisliyi və biabırçılığı (zinanı) ondan sovuşdurmaq üçün belə etdik. O, həqiqətən, Bizim sadiq bəndələrimizdəndir!
Elmir Quliyev
:
Она возжелала его, и он возжелал бы ее, если бы не увидел знамение своего Господа. Так Мы отвратили от него зло и мерзость. Воистину, он был из числа Наших избранных (или искренних) рабов.
Ələddin Sultanov:
Həqiqətən, (Züleyxa) ona meyil salmışdı. Əgər Rəbbinin dəlilini (xəbərdarlığını) görməsəydi, (Yusif də) ona meyil salacaqdı. Biz pisliyi və əxlaqsızlığı ondan uzaqlaşdırmaq üçün belə etdik. Şübhəsiz ki, o, Bizim ixlaslı bəndələrimizdəndir.
Kerbelayi Malik ağa:
And olsun ki, (qadın) onu arzuladı. Əgər Rəbbinin dəlilini görməsəydi, o (Yusif ə.s) də onu arzulamışdı. Beləcə onu pislikdən və fuhuşdan (çirkin əməldən) uzaqlaşdırarıq. Şübhəsiz ki, o müxlis qullarımızdandır.
Ələsgər Musayev:
Əlbəttə, o, meyl etdi ona. O
da ona meyl edərdi, əgər Rəbbinin dəlilini görməsəydi.
Beləliklə Biz ona pis əməldən və fahişəlikdən yardım etdik.
Həqiqətən, o, Bizim məxlus bəndələrimizdən idi.
A.Mehdiyev və D.Cəfərli:
Doğrudan da o qadın (kam almaq üçün) ona tərəf hərəkət etdi və əgər Yusuf öz Rəbbinin dəlilini (özünün peyğəmbərlik məqamını və Allahın əzəmətini) görməsəydi, təbii olaraq o da (yaxınlıq etmək üçün) ona tərəf hərəkət edərdi (lakin dəlili görə-görə onun belə bir hərəkət etməsi qeyri-mümkün idi). [Və ya: O qadın (zina etmək üçün) ona tərəf hərəkət etdi. Əgər öz Rəbbinin dəlilini görməsəydi (Rəbbi onu səhnədən qaçmağa istiqamətləndirməsəydi) o da (müdafiə olunmaq məqsədi ilə onu vurmaq və ya öldürmək üçün) ona tərəf hərəkət edərdi.] Biz belə etdik ki, pisliyi (adam öldürməyi) və zina (ittihamı)nı ondan sovuşduraq. Həqiqətən o bizim seçilmiş bəndələrimizdən idi.
Kövsər Tağıyev:
And olsun, qadın onu arzulamışdı. Əgər Rəbbinin dəlilini görməsəydi, Yusuf da onu arzulayacaqdı. Biz pisliyi və azğınlığı ondan uzaqlaşdırmaq üçün belə etdik. Çünki o, ixlaslı bəndələrimizdən idi.
M.Qənioğlu və T.Bilaloğlu:
O [qadın] ona tamah saldı, o da öz Rəbbindən dəlil görməsəydi ona meyl edəcəkdi. Pis əməli və qəbahəti Biz ondan belə kənar etdik. Həqiqətən, o, Bizim sadiq bəndələrimizdəndir!
Sabirə Dünyamalıyeva:
Və and olsun o xanım, onunla bağlı niyyətini tutmuşdu. Əgər Yusif Rəbbinin açıq dəlilini görməsə idi, [o da] o qadınla bağlı niyyət tutardı. Ondan zinanı və pisliyi uzaqlaşdırmağımız üçün belə oldu. Şübhəsiz ki, o, Bizim paklaşdırılan bəndələrimizdən idi.