Əlixan Musayev:
Həqiqətən, sizdən əvvəl gəlib-gedənləri də bilirik, sonra kimlərin gələcəyini də bilirik.
Bünyadov-Məmmədəliyev:
Sizdən əvvəl kimlər gəlib-gedibsə, onları da bilirik, sizdən sonra kimlər gələcəksə, onları da! (Və ya sizdən əvvəl də, sonra da iman gətirənləri bilirik!)
Elmir Quliyev
:
Воистину, Мы знаем тех, кто жил прежде, и тех, кому суждено жить после них.
Ələddin Sultanov:
Şübhəsiz, Biz sizdən əvvəl gəlib-gedənləri də, (bundan sonra qiyamətə qədər) kimlərin gələcəyini də bilirik.
Kerbelayi Malik ağa:
And olsun ki, sizdən əvvəlkiləri bilirik. And olsun ki, sonrakıları da bilirik.
Ələsgər Musayev:
Əlbəttə, Biz bilirik
sizlərdən qabağa düşənləri və bilirik arxada qalanları.
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən Biz sizin həm (yaradılışın əvvəlindən indiyə qədər olmuş) keçmişlərinizi(n sayını), həm də gələcəklərinizi(n sayını) bilirik [və sizin (iman və təqvada) irəlidə olanlarınıza da elmimiz var, sizin (iman və təqvada) geridə qalanlarınıza da]!
Kövsər Tağıyev:
And olsun, biz səndən əvvəl gəlib keçənləri də bilirik, sonraya qalanları da.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz sizdən əvvəl gələnləri də bilirik, sonra gələnləri də.
Sabirə Dünyamalıyeva:
Və and olsun ki, Biz sizlərdən önə keçmək istəyənləri bilirik və and olsun ki, Biz, geri qalmaq istəyənləri də bilirik.