Məryəm Surəsi 24. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Məryəmin) aşağı tərəfindən (İsa ya Cəbrail) onu səsləyib dedi: “Qəm yemə, Rəbbin sənin (ayağının) altından bir bulaq axıtdı.
Bünyadov-Məmmədəliyev:
Dərhal (Məryəmin, yaxud xurma ağacının) alt tərəfindən ona (Cəbraildən ya doğulmaqda olan İsadan) belə bir nida gəldi: “Kədərlənmə, Rəbbin sənin üçün (ayağının) altından bir irmaq axıtdı (və ya bətnindəki uşağı hörmət sahibi etdi).
Elmir Quliyev :
Тогда он (Иса или Джибрил) воззвал к ней из-под нее: "Не печалься! Господь твой создал под тобой ручей.
Ələddin Sultanov:
Aşağı tərəfindən (İsa ya Cəbrail) ona belə səsləndi: “Kədərlənmə! Rəbbin sənin (ayağının) altında bir su arxı yaratmışdır.
Kerbelayi Malik ağa:
O zaman onun (Hz. Məryəmin) alt tərəfindən ona ‘üzülmə’ deyə bir nida gəldi: ‘Rəbbin, sənin alt tərəfindən bulaq axıtdı.’
Ələsgər Musayev:
Onun alt tərəfindən nida gəldi: «Hüznlü olma! Əlbəttə, Rəbbin sənin altından bulaq etdi.
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə (birdən uşaq ayağının) altından onu çağırdı ki, qəm yemə, həqiqətən Allah ayağının altında axar arx (və möhtərəm övlad) qoyub.
Kövsər Tağıyev:
Bu əsnada (Cəbrail) ağacın altından ona belə səsləndi: “Məyus olma, Rəbbin sənin aşağı tərəfində bir çay meydana gətirdi”.
M.Qənioğlu və T.Bilaloğlu:
Ağacın altından ona bir nida gəldi: "Qüssələnmə! Rəbbim sənin ayağının altından bir çay axıtdı.
Sabirə Dünyamalıyeva:
Sonra ona; Məryəmə aşağı tərəfindəki kəs; Zəkəriyya səsləndi: "Əsla kədərlənmə, Rəbbin aşağı tərəfində bir su arxı əmələ gətirdi.