Möminun Surəsi 24. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Qövmünün kafir zadəganları dedilər: “O da sizin kimi sadəcə bir insandır. Sizə böyüklük etmək istəyir. Əgər Allah (elçi göndərmək) istəsəydi, mələklər göndərərdi. Biz bunu ulu babalarımızdan eşitməmişik.
Bünyadov-Məmmədəliyev:
(Nuh) qövmünün kafir başçıları (tabeçiliyində olanlara) dedilər: “Bu sizin kimi yalnız adi bir insandır. (Peyğəmbərlik iddiası ilə) sizə böyüklük etmək istəyir. Əgər Allah (Ondan başqasına ibadət etməməyimizi) istəsəydi, (bizə peyğəmbər olaraq insan deyil) mələklər göndərərdi. Biz bunu (Nuhun təbliğ etdiyi tövhidi) ulu babalarımızdan (keçmiş ümmətlərdən) eşitməmişik.
Elmir Quliyev :
Но знатные люди из его народа, которые не уверовали, сказали: "Он такой же человек, как и вы. Он хочет лишь возвыситься над вами. Если бы Аллах пожелал, то Он ниспослал бы ангелов. Мы не слышали о подобном от наших праотцев.
Ələddin Sultanov:
Qövmünün kafir öndərləri isə (öz qövmlərinə) belə dedilər: “Bu da sizin kimi bir insandır. O sizə böyüklük etmək istəyir. Əgər Allah (peyğəmbər göndərməyi) diləsəydi, əlbəttə, mələkləri göndərərdi. Biz əcdadımızdan belə bir şey eşitməmişik.
Kerbelayi Malik ağa:
Onun qövmünün kafir öndərləri: ‘Bu, sizin kimi sadəcə bir bəşərdir. Sizə üstün gəlmək (hökm etmək) istəyir. Əgər Allah diləsəydi, mütləq mələklər endirərdi. Atalarımızdan bunun haqqında bir şey eşitmədik.’ dedilər.
Ələsgər Musayev:
Dedi onun qoumundan kafir olan böyükləri: «Bu da sizin kimi bəşərdir. İstəyir ki, sizin üzərinizdə fəzilətli ola. Əgər Allah istəsəydi mələklər nazil edərdi. Biz, bu barədə əvvəlki atalarımızdan belə bir şey eşitməmişik.
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə onun qövmünün küfr etmiş böyükləri dedilər: «Bu (kişi) sizin kimi yalnız bir bəşərdir ki, sizə üstün olmaq (və böyüklük etmək) istəyir. Əgər Allah (peyğəmbər göndərmək) istəsəydi (göydən) mələklər endirərdi. Biz öz ulu babalarımızın arasında belə bir şey eşitməmişik (ki, insan peyğəmbərlik iddiası etsin bir Allaha tərəf dəvət edərək başqa tanrıları inkar etsin).
Kövsər Tağıyev:
Qövmünün inkarçı başçıları belə dedilər: “Bu, ancaq sizin kimi bir bəşərdir, sizə qarşı üstünlük əldə etmək istəyir. Əgər Allah istəsəydi, bir mələk göndərərdi. Biz əvvəlki ata-babalarımızdan belə bir şey eşitməmişik”.
M.Qənioğlu və T.Bilaloğlu:
Onun camaatından olan kafir kübarlar dedilər “O, ancaq sizin üzərinizdə üstünlük qazanmaq istəyən, sizin kimi bir adamdır. Əgər Allah istəsəydi, sizə mələkləri (peyğəmbər olaraq) endirərdi. Bu barədə biz ata-babalanmızdan eşitməmişik.
Sabirə Dünyamalıyeva:
Belə olduqda, qövmünün kafir [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar edən] böyükləri: "Bu, sizin kimi bir insandan başqa bir şey deyil. Sizə üstün olmaq istəyir. Əgər Allah istəsəydi, əlbəttə mələklər göndərərdi. Biz ulu babalarımızdan belə bir şey eşitmədik.