Əlixan Musayev:
Həmin gün Cənnət sakinlərinin qalacağı yer daha lətafətli və istirahət edəcəyi yer daha gözəl olacaqdır.
Bünyadov-Məmmədəliyev:
O gün cənnət əhlinin qalacağı yer daha yaxşı, istirahət edəcəyi yer daha gözəl olacaqdır!
Elmir Quliyev
:
У обитателей Рая в тот день будет более хорошая обитель и более прекрасное место отдыха.
Ələddin Sultanov:
O gün cənnət əhlinin qalacağı yer (kafirlərin dünyadakı yerindən) daha yaxşı, istirahət edəcəyi yer də daha gözəldir.
Kerbelayi Malik ağa:
İzn günü cənnət əhlinin qalacağı yer ən xeyirli və ən gözəl istirahət yeridir.
Ələsgər Musayev:
Cənnət əshabının o gün xeyirli qərar tutacaqları yer və yaxşı mənzilləri olacaq.
A.Mehdiyev və D.Cəfərli:
Həmin gün Cənnət əhli daha yaxşı yerə və daha gözəl istirahət məkanına malik olacaqdır.
Kövsər Tağıyev:
O gün cənnətliklərin qalacaqları yer daha xeyirli, istirahət edəcəkləri yer daha gözəldir.
M.Qənioğlu və T.Bilaloğlu:
O günü cənnət əhlinin qalacaqları yer daha yaxşı və dincələcəkləri guşə daha gözəl olacaqdır.
Sabirə Dünyamalıyeva:
O gün, cənnət əhlinin qalacağı yer çıx yaxşı, istirahət yeri daha gözəl olacaq.