Əlixan Musayev:
Qövmünün cavabı isə ancaq: “Ya onu öldürün, ya da yandırın!”– demələri oldu. Lakin Allah onu oddan qorudu. Doğrudan da, bunda mömin adamlar üçün (mənimsəməli bir) ibrət vardır.
Bünyadov-Məmmədəliyev:
Tayfasının (İbrahimin sözlərinə) cavabı: “Onu öldürün, yaxud da yandırın!” – deməkdən başqa bir şey olmadı. Amma Allah onu oddan xilas etdi. Həqiqətən, bunda iman gətirən bir tayfa üçün ibrətlər vardır!
Elmir Quliyev
:
В ответ его народ лишь сказал: "Убейте его или сожгите!" Но Аллах спас его из огня. Воистину, в этом — знамения для верующих людей.
Ələddin Sultanov:
İbrahimin qövmünün cavabı isə: “Onu öldürün və ya yandırın!” - demələri oldu. Lakin Allah onu oddan xilas etdi. Həqiqətən, bunda iman gətirənlər üçün ibrətlər vardır.
Kerbelayi Malik ağa:
Buna baxmayaraq onun qövmünün (İbrahimə (ə.s) cavabı: ‘Onu öldürün və ya yandırın!’ deməkdən başqa bir şey olmadı. Bunun üzərinə Allah onu atəşdən qurtardı. Bunda şübhəsiz ki, mömin qövm üçün əlbəttə ayələr (ibrətlər) vardır.
Ələsgər Musayev:
Onun qoumunun cavabı ancaq bu oldu ki, dedilər: «Qətlə yetirin onu, yaxud yandırın onu!» Nicat verdi ona Allah oddan. Həqiqətən, bunda ayətlər var inanan qoum üçün!
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə, onun (İbrahimin) qövmünün cavabı «Onu öldürün, yaxud da yandırın!» – deməkdən başqa bir şey olmadı. (Və onu oda atdılar). Amma Allah onu oddan xilas etdi, həqiqətən, bunda (bu cür xilas etmədə) iman gətirən bir tayfa üçün (Onun tovhidinə və qüdrətinə dair) nişanələr (ibrətlər) vardır.
Kövsər Tağıyev:
(İbrahimin) qövmünün cavabı isə ancaq “Onu öldürün və ya yandırın!” deməkdən ibarət oldu. Amma Allah onu oddan xilas etdi. Həqiqətən, iman edən bir toplum üçün bunda ibrətlər var.
M.Qənioğlu və T.Bilaloğlu:
Onun [İbrahimin] camaatının cavabı ancaq: "Onu öldürün və ya yandırın.” - demələri oldu. Allah isə onu oddan xilas etdi. Həqiqətən, bunda iman gətirən adamlar üçün ibrətlər vardır.
Sabirə Dünyamalıyeva:
Sonra İbrahimin qövmünün cavabı, yalnız belə oldu: "Onu öldürün, yaxud da yandırın/böyük çətinliyə salın." Sonra da Allah onu oddan/çətinlikdən xilas etdi. Həqiqətən, bunda iman gətirən bir qövm üçün işarətlər/nişanələr var.