Əlixan Musayev:
De: “Göylərdən və yerdən sizə ruzi verən kimdir?” De: “Allahdır! Elə isə biz və ya siz (ikimizdən biri) ya doğru yolda, ya da açıq-aydın azğınlıq içindədir”.
Bünyadov-Məmmədəliyev:
(Ya Peyğəmbər! Müşriklərə) de: “Göylərdə və yerdən sizə ruzi verən kimdir?” (Əgər onlar sənə: “Bilmirik”,- deyə cavab versələr) de: “Allahdır! Elə isə doğru yolda olan, yaxud (haqq yoldan) açıq-aydın azan bizik, yoxsa siz?”
Elmir Quliyev
:
Скажи: "Кто наделяет вас уделом с небес и земли?" Скажи: "Аллах! Воистину, одни из нас либо на прямом пути, либо в очевидном заблуждении".
Ələddin Sultanov:
De: “Göylərdən və yerdən sizə ruzi verən kimdir?” De: “Allahdır! Elə isə biz, yaxud siz (ikimizdən biri) ya doğru yoldadır, ya da açıq-aydın bir zəlalət içindədir”.
Kerbelayi Malik ağa:
De ki: ‘Göylərdən və yerdən sizə ruzi verən kimdir?’ ’Allah’ de. Şübhəsiz ki, biz və ya siz mütləq ya hidayət üzərindəyik və ya açıq-aşkar dəlalət üzərindəyik.
Ələsgər Musayev:
De: «Kim sizə ruzi verir səmalardan və
ərzdən?» De: «Allah!» Həqiqətən, bizik, yaxud sizsiniz
üzərində hidayətin, ya aşkar zəlalətin?
A.Mehdiyev və D.Cəfərli:
De: «Göydən və yerdən sizə ruzi verən kimdir?» De: «Yeganə olan Allah. Elə isə doğru yolda, ya açıq-aşkar azğınlıqda olan bizik, ya siz?!»
Kövsər Tağıyev:
De ki: “Sizə göylərdən və yerlərdən kim ruzi verir?” De ki: “Allah. Elə isə ya biz hidayət və ya açıq-aşkar bir zəlalət üzrəyik, ya da siz”.
M.Qənioğlu və T.Bilaloğlu:
(Müşriklərə) de: "Göylərdən və yerdən sizə ruzi verən kimdir?" De: "Allahdır. (Onda deyin görüm), düz yolda olan, yaxud aşkar yol azan bizik, yoxsa siz?"
Sabirə Dünyamalıyeva:
De ki: "Göylərdən və yerdən sizə kim ruzi verir?" De ki: "Allah! Və şübhəsiz ki, ya biz, ya da siz həqiqətən yönləndirilən doğru yol yoldayıq və ya açıq-aşkar bir azğınlıq içindəyik."