Əlixan Musayev:
(Davud) dedi: “O sənin qoyununu öz qoyunlarına qatmaq istəməklə, sənə qarşı haqsızlıq etmişdir. Həqiqətən, şəriklərin çoxu bir-birinin haqqını tapdalayar. Yalnız iman gətirib yaxşı işlər görənlərdən başqa. Onlar isə çox azdırlar!” (Bunları dedikdən sonra,) Davud Bizim onu sınağa çəkdiyimizi yəqinləşdirərək, Rəbbindən özünün bağışlanmasını dilədi və səcdəyə qapanıb tövbə etdi.
Bünyadov-Məmmədəliyev:
(Bu sözləri eşidən Davud o biri iddiaçı ağzını açmağa macal tapmamış) dedi: “O sənin bircə qoyununu öz qoyunlarına qatmaq istəməklə, şübhəsiz ki, sənə zülm etmişdir. Doğrudan da, şəriklərin çoxu bir-birinə haqsızlıq edər. Yalnız iman gətirib yaxşı işlər görənlərdən savayı! Onlar da (təəssüf ki) çox azdırlar!” (İddiaçılar bir-birinə baxıb güldükdən, yaxud çıxıb getdikdən sonra) Davud (bu işdən şübhəyə düşərək) Bizim onu imtahana çəkdiyimizi güman etdi. O dərhal Rəbbindən öz bağışlanmasını dilədi və dizi üstə düşüb səcdəyə qapanaraq tövbə etdi.
Elmir Quliyev
:
Давуд (Давид) сказал: "Он поступил по отношению к тебе несправедливо, когда попросил присоединить твою овцу к своим. Воистину, многие партнеры поступают несправедливо по отношению друг к другу, кроме тех, которые уверовали и совершают праведные деяния. Но таких мало". Давуд (Давид) убедился, что Мы подвергли его искушению, попросил прощения у своего Господа, пал ниц и раскаялся.
Ələddin Sultanov:
Davud dedi: “Şübhəsiz ki, o, sənin qoyununu öz qoyunlarına qatmaq istəməklə sənə haqsızlıq etmişdir. Həqiqətən, şəriklərin bir çoxu bir-birinə haqsızlıq edir. Ancaq iman gətirib yaxşı işlər görənlər bundan istisnadır. Onlar da çox azdırlar”. Davud Bizim onu sınağa çəkdiyimizi düşündü. Buna görə də dərhal səcdəyə qapanaraq Rəbbindən bağışlanmasını dilədi və tövbə etdi.
Kerbelayi Malik ağa:
(Davud ə.s): ‘And olsun ki, qoyunlarının (arasına) sənin qoyununu istəməklə sənə zülm etdi.’ dedi. Şübhəsiz ki, ortaqlardan çoxu mütləq bir-birlərinin haqqına təcavüz edirlər. Amənu olanlar və əməli salihat (nəfsi islahedici əməl) işləyənlər istisna olmaqla, onlar nə qədər də azdır! Davud (ə.s) onu imtahan etdiyimizi anladı. Bunun üzərinə Rəbbindən məğfirət istədi və rüku edərək səcdəyə qapandı. Rəbbinə yönəldi (Ona xitab etdi və cavabı aldı).
Ələsgər Musayev:
Həmd Allah üçündür, Rəbbidir aləmlərin.
A.Mehdiyev və D.Cəfərli:
(Davud) dedi: «Şübhəsiz o, sənin dişi qoyununun öz qoyunlarına qatılmasını istəməklə sənə zülm etmişdir. Həqiqətən malları bir-birinə qarışmış kəslərin çoxu bir-birlərinə qarşı haqsızlıq edirlər. İman gətirib yaxşı işlər görən kəslər istisna olmaqla ki, onlar çox azdırlar. Davud (birdən) Bizim (bu tələsik hökm çıxarılmasında) onu sınadığımızı bildi. Buna görə də öz Rəbbindən bağışlanmasını istədi və rüku və səcdə edərək üzü üstə düşüb (Allaha tərəf) qayıtdı.
Kövsər Tağıyev:
Onlar Davudun yanına girdikdə Davud onlardan qorxdu. Onlar: “Qorxma! Biz iki davaçı dəstəyik. Birimiz digərinə haqsızlıq edib. Aramızda ədalətlə hökm ver. Zülm etmə və bizi doğru yola yönəlt”, – dedilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Davud dedi: "Sənin qoyununu öz qoyunlarına qatmaq istəməklə o, sənə qarşı haqsızlıq etmişdir. Şərikli olanların çoxu həmişə bir-birinə qarşı haqsızlıq edər, iman gətirib əməlisaleh olanlar istisna olmaqla. Onların sayı necə də azdır." Sonra Davud başa düşdü ki, Biz onu ancaq sınayırdıq və o, Rəbbindən bağışlanmasını dilədi, diz çökərək səcdəyə qapandı və Allaha üz tutdu.
Sabirə Dünyamalıyeva:
Davud dedi ki: "Həqiqətən, sənin bir qoyununu öz qoyunlarına qatmaq istəməklə o, sənə haqsızlıq etmişdir. Həqiqətən şəriklərin, eyni cəmiyyət halında yaşayanların çoxu mütləq bir-birinə haqsızlıq edir. Ancaq iman gətirənlər və sahmana salmaq məqsədi ilə işlər görən kəslər haqsızlıq etməz. Amma onlar da nə qədər azdır!" Və Davud, Bizim onu müəyyən çətinliklərlə imtahan edib, tərtəmiz vəziyyətə gətirdiyimizə/kamilləşdirdiyimizə qəti qənaət gətirdi və başa düşdü. Dərhal Rəbbindən bağışlanmaq dilədi, şərik qoşmaqdan uzaq olaraq yerə qapandı və qayıtdı.