Əlixan Musayev:
Qiyamət gününün dəhşətli əzabından üzü ilə qorunan kəs (möminlə eynidirmi?) Zalımlara: “Qazandığınızı dadın!”– deyilər.
Bünyadov-Məmmədəliyev:
Məgər qiyamət günü (əli bağlı olduğu üçün) şiddətli əzabdan üzü ilə qorunan (yaxud cəhənnəm oduna üzüstə atılan kəs əzabdan əmin olan və ya Cənnətə daxil olan kimsə kimi ola bilərmi)?! Zalımlara (kafirlərə): “Etdiyiniz əməllərin cəzasını dadın!” – deyilər.
Elmir Quliyev
:
Разве тот, кто в День воскресения будет лицом защищаться от ужасных мучений, равен верующему? Беззаконникам скажут: "Вкусите то, что вы приобретали!"
Ələddin Sultanov:
Qiyamət günü (əlləri bağlı olduğu üçün) üzü ilə əzabın şiddətindən qorunmağa çalışan (ondan əmin olan ilə birdirmi)? Zalımlara: “Qazandıqlarınızı (günahlarınızın cəzasını) dadın!” - deyilər.
Kerbelayi Malik ağa:
O halda qiyamət günü onun vəchini (fizik bədənini) pis əzabdan kim qoruya bilər? Zalımlara: ‘Qazanmış olduğunuz günahların cəzasını dadın!’ deyilir.
Ələsgər Musayev:
Ə, o kəs ki,
qorxaraq öz vəchini qiyamət gününün pis əzabından qoruyur...?
Və deyildi zalimlərə: «Dadın nə ki, kəsb etmisiniz!»
A.Mehdiyev və D.Cəfərli:
Buna görə də məgər Qiyamət günü (əlləri bağlı olduğu üçün) pis və çətin əzabdan öz üzü ilə qorunan kəs (əzabdan amanda olan kəs kimidir)?! Zalımlara deyiləcək: «Dadın əldə etdiyiniz günahların cəzasını və ya həmin əməllərin gerçək təzahürü olan əzabı!»
Kövsər Tağıyev:
Qiyamət günü şiddətli əzabdan üzü ilə qorunan kimsə (o gün) əzabdan əmin olan kimsə kimi ola bilərmi? Zalımlara: “Qazandıqlarınızı dadın”, – deyilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Məgər qiyamət günü özünü üzü ilə ən pis əzabdan qorumağa çalışan (cənnətdə rahatlıqda olan kəs kimidir)? Haqsızlara deyərlər "Qazandıqlarınızın (cəzasını) dadın!"
Sabirə Dünyamalıyeva:
Yaxşı, qiyamət günü şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyənlərə: "Qazanmış olduğunuzun qarşılığını dadın!" deyildikdə, özünü əzabın pisliyindən qorumağa çalışan kəs daha xeyirlidir, yoxsa qiyamət gününə amanda gələcək kəsmi?