Nisa Surəsi 24. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Sahib olduğunuz cariyələr istisna olmaqla ərli qadınları almaq da (sizə haram edildi). Allahın sizə buyurduğu hökmü belədir. Bunlardan başqaları ilə, öz malınızla, nikah etməklə, zinakarlığa yol vermədən, evlənməyiniz sizə ha-lal edildi. (Evləndiyiniz)qadınlardan zövq aldığınıza görə onlara, vacib buyurulmuş mehrlərini verin. Bu mehr müəyyən edildikdən sonra öz aranızda razılaşdığınız şeyə görə sizə heç bir günah olmaz. Həqiqətən, Allah Biləndir, Müd-rikdir.
Bünyadov-Məmmədəliyev:
(Cihad vaxtı əsir olaraq) sahib olduğunuz (cariyələr) müstəsna olmaqla, ərli qadınları almaq Allahın yazısı (hökmü) ilə sizə (haram edildi). Bunlardan başqaları isə namusla (iffətlə), zinakarlığa yol vermədən, mallarınızı sərf edərək evlənmək üçün sizə halal edildi. İstifadə (mütə) etdiyiniz qadınların mehrlərini lazımi qaydada verin! Mehr müəyyən edildikdən sonra aranızda razılaşdığınız şeydən ötrü sizə heç bir günah yazılmaz. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
Elmir Quliyev :
И замужние женщины запретны для вас, если только ими не овладели ваши десницы (если только они не стали вашими невольницами). Таково предписание Аллаха для вас. Вам дозволены все остальные женщины , если вы добиваетесь их посредством своего имущества, соблюдая целомудрие и не распутничая. А за то удовольствие, которое вы получаете от них, давайте им установленное вознаграждение (брачный дар). На вас не будет греха, если вы придете к обоюдному согласию после того, как определите обязательное вознаграждение (брачный дар). Воистину, Аллах Знающий, Мудрый.
Ələddin Sultanov:
(Müharibədə əsir alaraq) sahib olduğunuz cariyələr istisna olmaqla, ərli qadınlar da, Allahın yazısı (əmri) olaraq sizə (haram edilmişdir). Onlardan başqalarını isə namuslu olmaq zina etməmək şərtilə mallarınızla (mehrini verib) istəməyiniz sizə halal edildi. Onlardan faydalanmağınız əvəzində vacib olan mehrlərini verin! (Mehr) müəyyən edildikdən sonra razılaşmanızda sizə günah yoxdur. Həqiqətən, Allah biləndir, hikmət sahibidir.
Kerbelayi Malik ağa:
Evli qadınlarla evlənməyiniz (haram qılınmışdır), əlinizin altında olan (hərb zamanı əsir düşən) cariyələr müstəsnadır. (Bunlar) Allahın sizə yazdıqlarıdır (fərz etdiyi hökmlərdir). Bunların xaricində olanlar iffətli olmaq zina etməmək şərtiylə mallarınızla istəməyiniz (mehirlərini verib almağınız) sizə halal qılındı. Artıq onlardan faydalanmaq istəsəniz, o təqdirdə fərz olan mehirlərini onlara verin. Bu fərzdən sonra aranızda razılaşdığınız şeyə görə sizə günah yazılmaz. Şübhəsiz ki, Allah Alimdir, Hakimdir.
Ələsgər Musayev:
ismətli ərli qadınlardan ancaq ki, mələkət əliniz altında, Allahın yazısıdır üzərinizdə. halaldır sizin üçün ki, arxasından bunun ki, tələb edəsiniz malınızla ismətli - qeyri toxunulmayanlardan. ki, mətahlandız onunla onlardan, əta edin onlara ücrətlərini vacibliklə. yoxdur günah sizin üzərinizdə nədə ki, razılaşdınız onunla sonradan vacibliyin. Həqiqətən, Allah oldu Alim, Həkim!
A.Mehdiyev və D.Cəfərli:
(həmçinin) ərli qadınlar - (müharibə zamanı kafirlərdən) əsir düşənlər istisna olmaqla - (sizə haram oldu). (Çünki onların ərsiz əsir düşmələri təlaq hökmündədir.) Bunlar (bu hökmlər) Allahın sizin üçün yazdığı qərara aldıqlarıdır. Bunlardan (sadalanan on dörd qismdən) başqaları sizə halal oldu ki, günahdan çəkinən zinadan uzaq halda öz mallarınızla (onlarla evlənmək) istəyəsiniz. (Sadalanan on dörd qismdən başqa) müvəqqəti evləndiyiniz qadınların mehriyyələrini vacib (mal) olaraq ödəyin. Vacib mehriyyə təyin olunduqdan sonra (mehriyyənin aradan götürülməsi ya onun azaldılıb-çoxalması barəsində aranızda) qarşılıqlı razılığa gəldiyiniz şeydə sizin üçün günah yoxdur. Həqiqətən Allah həmişə (işlərin xeyrini) bilən (şəriət xilqətdə) möhkəm yaradılış sahibidir.
Kövsər Tağıyev:
(Savaş əsiri olaraq) sahib olduqlarınız xaric, evli qadınlar (da sizə) haram edildi. (Bunlar) sizə Allahın əmri olaraq yazılmışdır. Bunlardan başqalarını isə iffətli yaşamaq zina etməmək şərti ilə mallarınızla (mehirlərini verib) istəməyiniz sizə halal edildi. Onlardan (nikah bağlayıb) faydalanmanız qarşılığında sabit bir haqq olaraq onlara mehirlərini verin. Mehir təyin edildikdən sonra onunla bağlı uzlaşdığınız xüsuslarda sizə günah yoxdur. Şübhəsiz ki, Allah (hər şeyi) haqqı ilə biləndir, hökm hikmət sahibidir.
M.Qənioğlu və T.Bilaloğlu:
(Döyüşlərdə) sahib olduqlarınız kənizlərdən başqa ərli qadınlar da (haram edildi). Allahın sizə yazısı (belədir). Bunlardan başqalarını isə öz malınızla əxlaqa uyğun tərzdə, zina etmədən almaq sizə halal edilmişdir. Onlardan faydalandığınıza görə mehrlərini qayda üzrə özlərinə verin. Bu qayda müəyyən edildikdən sonra öz aranızda razılaşdığınız işdə sizə bir günah yoxdur. Həqiqətən, Allah hər şeyi biləndir hikmət sahibidir.
Sabirə Dünyamalıyeva:
Bunlar, Allahın sizin üçün yazdığı [hökmüdür]. Bunların xaricində, iffətinizi qoruyub zinakarlıq etməmək üçün öz malınızla [öz malınızı sərf edərək] evlənəcək qadın axtarmaq sizə halal edildi. Elə isə nikahladığınız qadınlardan necə istifadə etdinizsə, məcburi qaydada mehrlərini verin. Məcburi [olanı] verdikdən sonra, razılaşdığınız şey barədə sizə bir məsuliyyət [günah] yoxdur. Şübhəsiz ki, Allah ən yaxşı biləndir haqsızlığın, fitnə-fəsadın, qarışıqlığın qarşısını almaq üçün qoyulmuş qanun, qayda prinsipləri müəyyən edəndir.