Fussilət Surəsi 24. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Əzaba) dözsələr də, onların yeri oddur. Onlar mərhəmət diləsələr də, onlara mərhəmət göstərilməz.
Bünyadov-Məmmədəliyev:
İndi (əzaba) dözsələr (dözməsələr də), onların məskəni Cəhənnəmdir. Onlar (Allahdan) riza diləsələr də, onların diləyi qəbul olunmaz (yaxud dünyaya qayıtmaq istəsələr də, onların bu istəyi qəbul edilməz).
Elmir Quliyev :
Если даже они проявят терпение, их обителью будет Огонь. Если же они попросят о благосклонности, то к ним не будут благосклонны (или если к ним проявят благосклонность, то они не станут искать благосклонности).
Ələddin Sultanov:
Onlar dözə bilsələr də, bilməsələr onların yeri cəhənnəmdir. Onlar (təkrar dünyaya qayıdıb Allahı) razı salmaq istəsələr də, onlar razı salınmayacaqlar.
Kerbelayi Malik ağa:
Əgər səbir edə bilsələr, artıq atəş onların qalacaq yeridir. Əgər onlar bağışlanmaq istəyərlərsə, onlar bağışlanılacaq olanlardan deyillər.
Ələsgər Musayev:
Əgər onlar səbr edələr, od onlar üçün sığınacaq yeridir. Əgər istəsələr onlara baxıb rəhm etsinlər, amma onlar üçün baxıb rəhm edənlərdən olmayacaq.
A.Mehdiyev və D.Cəfərli:
Əgər səbr etsələr, onların yeri oddur əgər (Bizim) razılıq(ımızı) istəsələr, onlar (zatları küfr itaətsizlik çirkinliyinə qarışdığı üçün) əsla razılığa layiq deyildirlər (Allahın o dünyada onlardan razı qalması mümkün deyil).
Kövsər Tağıyev:
İndi əgər dözə bilsələr, cəhənnəm onların yeridir! Əgər Allahın razılığını qazandıracaq əməlləri işləməyə izin istəsələr, onlara izin verilməz.
M.Qənioğlu və T.Bilaloğlu:
Səbr etsələr onların yeri cəhənnəmdir, əgər sızlayıb mərhəmət diləsələr onlara rəhm olunmayacaqdır.
Sabirə Dünyamalıyeva:
İndi əgər onlar şərik qoşma inanışını israrla davam etdirsələr, təkzib etməyə davam etsələr, artıq onların məskəni atəşdir. əgər üzrlərini bildirmək istəsələr, onların üzrü qəbul edilməyəcək.