Şura Surəsi 24. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Yoxsa onlar (sənin barəndə:) “O, Allaha qarşı yalan uydurdu”– deyirlər? Əgər Allah istəsə, sənin qəlbinə möhür vurar. Allah batili silib yox edər haqqı Öz sözləri ilə bərqərar edər. Şübhəsiz ki, O, kökslərdə olanları Biləndir.
Bünyadov-Məmmədəliyev:
Yoxsa onlar: “(Muhəmməd) Allaha qarşı yalan uydurdu!” deyirlər. (Ya Peyğəmbər!) Əgər Allah istəsə, sənin qəlbini möhürləyər (Allahın adından yalan danışacağın təqdirdə Quranı sənə büsbütün unutdurar). Allah batili məhv edər haqqı Öz sözləri ilə gerçəkləşdirər. Şübhəsiz ki, O, ürəklərdə olanları biləndir.
Elmir Quliyev :
Или же они говорят, что он возвел навет на Аллаха? Если бы Аллах пожелал, то наложил бы печать на твое сердце. Своими Словами Аллах стирает ложь и утверждает истину. Воистину, Он знает о том, что в груди.
Ələddin Sultanov:
Yoxsa onlar: “O, Allaha qarşı yalan uydurdu”, - deyirlər? Əgər Allah istəsə, sənin qəlbini möhürləyər, batili yox edər haqqı Öz sözləri ilə gerçəkləşdirər. Şübhəsiz ki, O, qəlblərdə olanları bilir.
Kerbelayi Malik ağa:
Yoxsa Allaha qarşı yalanla iftiramı edirlər? Əgər Allah istərsə, sənin qəlbini möhürləyər batili yox edər. Öz kəlmələri ilə haqqı gerçəkləşdirər. Şübhəsiz ki, O, qəlblərdəkini ən yaxşı biləndir.
Ələsgər Musayev:
Yoxsa deyirlər: «Iftira edir üzərinə Allahın yalanı!» Əgər istəsə Allah xətm vurar üzərinə sənin qəlbinin silər Allah batili möhkəmlədər haqqı Öz kəlməsi ilə. Həqiqətən, O Alimdir zatı ilə ürəklərin!
A.Mehdiyev və D.Cəfərli:
Yoxsa onlar «(Muhəmməd peyğəmbərlik Qur’anın Allah tərəfindən olması barəsində) Allaha iftira yaxmışdır» deyirlər? (Belə deyil! Çünki Allahın əlindədir.) Buna görə əgər istəsəydi sənin qəlbini möhürləyərdi (və səndən ayələri bəyan etmək qüdrətini alardı). Allah (həmişə Öz ənənəvi qanunlarına əsasən) özünün (peyğəmbərlərə vəhy etdiyi) kəlmələri vasitəsi ilə batili məhv edir haqqı gerçəkləşdirir. Həqiqətən O, ürəklərdə olanları bilir.
Kövsər Tağıyev:
Yoxsa: “Yalan uydurub Allaha iftira atdı”, deyirlər? Əgər Allah istəsə, sənin qəlbini möhürləyər. Allah batili yox edər, haqqı sözləri ilə gerçəkləşdirər. Şübhəsiz, o, qəlblərdə olanları haqqı ilə biləndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Yoxsa onlar "O, Allaha qarşı yalan uydurub!" - deyərlər? Həqiqətən, Allah istəsəydi, sənin ürəyinə möhür vurardı. O, yalanı silib aparır Öz sözlərilə haqqı bərqərar edir. Axı O, ürəklərdə olanları da bilir!
Sabirə Dünyamalıyeva:
Ya da onlar: “Allah haqqında yalan uydurdu”mu? deyirlər. Bax budur, əgər Allah diləyərsə, sənin qəlbini möhürləyər, batili yox edər sözləri ilə haqqı gerçəkləşdirər. Şübhəsiz ki, O, qəlblərdə olan şeyləri çox yaxşı biləndir.