Əlixan Musayev:
(Peyğəmbər) dedi: “Əgər sizə atalarınızın tutduğu o yoldan daha doğrusunu göstərsəm necə?” Onlar dedilər: “Biz sizinlə göndərilənləri inkar edirik”.
Bünyadov-Məmmədəliyev:
(Hər peyğəmbər öz ümmətinə) belə dedi: “Əgər sizə atalarınızın sitayiş etdiyini gördüyünüz dindən daha doğrusunu gətirmiş olsam necə?!” Onlar: “Biz sizinlə göndərilənləri (şəriəti, möcüzələri) inkar edirik!” – deyə cavab verdilər.
Elmir Quliyev
:
Он сказал: "А если я принес вам то, что более верно, чем то, на чем вы нашли ваших отцов?" Они сказали: "Мы не веруем в то, с чем вы посланы".
Ələddin Sultanov:
(Hər bir peyğəmbər öz qövmünə:) “Əgər sizə atalarınızdan gördüyünüz dindən daha doğrusunu gətirmişəmsə, onda necə?!” - demişdi. Onlar isə: “Biz sizinlə göndərilənləri inkar edirik”, - demişdilər.
Kerbelayi Malik ağa:
(Nəzirlərin hamısı): ‘Sizə atalarınızı üzərində gördüyünüz dindən daha çox hidayətə ərdirəcək olan dini gətirmiş olsamdamı?’ dedilər. (Onlar da): ‘Şübhəsiz ki, biz sizin göndərildiyiniz dini inkar edənlərik.’ dedilər.
Ələsgər Musayev:
De: «Ə, əgər mən gəlsəm sizə
daha doğru hidayətlə, nədən ki, tapdınız onun üzərində
atalarınızı?» Dedilər: «Həqiqətən, biz, nə ilə göndərilmisiniz,
onunla kafirik».
A.Mehdiyev və D.Cəfərli:
(Onların peyğəmbərləri) dedi: «Hətta əgər sizin üçün öz atalarınızı üzərində gördüyünüz dindən daha artıq hidayət edən bir din gətirmiş olsam belə (yenə onların arxasınca gedəcəksiniz)?» Dedilər: «Şübhəsiz, biz sizin göndərildiyiniz (gətirdiyiniz) şeyi inkar edirik.»
Kövsər Tağıyev:
(Göndərilən elçi:) “Mən sizə atalarınızı üzərində gördüyünüz dindən daha doğrusunu gətirsəm necə?” – dedi. Onlar: “Biz sizinlə göndərilən şeyi inkar edirik”, – dedilər.
M.Qənioğlu və T.Bilaloğlu:
(Hər peyğəmbər öz ümmətinə) dedi: Əgər mən sizə ata-babalarınızın üzərində gördüyünüz (etiqaddan) daha doğrusunu gətirsəm necə?" Onlar dedilər: "Biz sizinlə göndərilən şeylərə əsla inanmırıq."
Sabirə Dünyamalıyeva:
Xəbərdaqlıq üçün göndərilən [elçi]: "Əgər sizə atalarınızın sitayiş etdiyini gördüyünüz şeydən daha doğrusunu gətirsəm də, eləmi?" dedi. Onlar: "Şübhəsiz ki, biz sizinlə göndərilən şeyi bilə-bilə rədd edirik/inanmırıq" dedilər.