Əlixan Musayev:
Onlar dedilər: “(Həyat) ancaq bizim dünya həyatımızdır. (Kimimiz) ölür, (kimimiz də )doğulur. Bizi öldürən ancaq zamandır”. Bu haqda onların heç bir biliyi yoxdur. Onlar ancaq zənnə qapılırlar.
Bünyadov-Məmmədəliyev:
(Qiyaməti inkar edənlər) belə deyirlər: “Dünya həyatımızdan başqa heç bir həyat yoxdur; ölürük və dirilirik (biri ölür, digəri anadan olur; biz ölürük, övladlarımız, nəslimiz isə yaşayır); bizi öldürən ancaq dəhrdir (zamanın gərdişi, ömür müddətidir; yaşa dolub qocalmağımızdır). Bu barədə onların heç bir biliyi yoxdur. Onlar ancaq zənnə qapılırlar! (Hər şeyi zamanın, vaxtın boynuna yıxmaq doğru deyildir, çünki bütün canlı və cansız məxluqat kimi zamanın özünü də yaradan Allahdır).
Elmir Quliyev
:
Они сказали: "Есть только наша мирская жизнь. Мы умираем и рождаемся, и нас не губит ничто, кроме времени". У них нет об этом никакого знания. Они лишь делают предположения.
Ələddin Sultanov:
Onlar: “Dünya həyatımızdan başqa heç bir həyat yoxdur. Ölürük və doğuluruq. Bizi yalnız zaman öldürür”, - dedilər. Bu barədə onların heç bir məlumatı yoxdur. Onlar ancaq belə zənn edirlər.
Kerbelayi Malik ağa:
‘O (həyat), dünya həyatımızdan başqa bir şey deyil, ölərik və dirilərik. Bizi zamandan başqa bir şey həlak edə bilməz.’ dedilər. Onların bu mövzuda elmləri yoxdur. Onlar yalnız zənn edərlər.
Ələsgər Musayev:
Dedilər: «Bu, ancaq bizim
dünya həyatımızdır; ölürük və dirilirik. Həlak edir bizi ancaq
dəhr». Onların bu haqda elmdən bilikləri yoxdur, onlar ancaq
zənn edirlər!
A.Mehdiyev və D.Cəfərli:
(Məadı inkar edən müşriklər) dedilər: «Bizim bu dünya həyatımızdan başqa bir həyat yoxdur; daim ölürük və dirilirik (bir dəstə ölür, bir dəstə dirilir və ya ruhun bir bədəndən digər bir bədənə keçməsi yolu ilə bir bədəndə ölür, digər bir bədəndə yenidən dirilirik) və bizi yalnız zamanın keçməsi öldürür (mələklər zamanın keçməsi ilə ruhları bir bədəndən digərinə keçirirlər və arada başlanğıc söhbəti yoxdur).» Onların bu iddiaya bir (dair) bilikləri yoxdur. Onlar yalnız güman edirlər.
Kövsər Tağıyev:
Dedilər ki: “Dünya həyatımızdan başqa həyat yoxdur. Ölərik və yaşayarıq. Bizi sadəcə zaman yox edər”. Bu barədə onların heç bir bilgisi yoxdur. Onlar sadəcə zənn edirlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar deyərlər: "Bu [həyat], ancaq bu dünyadakı həyatımızdır. Kimimiz ölür, kimimiz yaşayır. Bizi ancaq zaman öldürür." Onların bu barədə heç bir bilgisi yoxdur, onlar ancaq zənnə qapılırlar.
Sabirə Dünyamalıyeva:
Yenə onlar: "Həyat, ancaq bu dünya həyatından ibarətdir. Ölərik və yaşayarıq. Bizi ancaq keçən uzun zaman dəyişikliyə/məhvə məruz qoyar" dedilər. Halbuki onların buna dair heç bir məlumatı yoxdur. Onlar, yalnız zənn edirlər.