Əlixan Musayev:
Sizi onların üzərində qələbə çalmağa müvəffəq etdikdən sonra, Məkkə vadisində onların əlini sizdən, sizin də əlinizi onlardan çəkən Odur. Allah sizin nə etdiklərinizi Görəndir.
Bünyadov-Məmmədəliyev:
Sizi onlara (müşriklərə) qalib etdikdən sonra Məkkə vadisində (Hüdeybiyyədə) onların əlini sizdən, sizin də əlinizi onlardan çəkən (onları sizinlə, sizi də onlarla vuruşmağa qoymayan) Odur. Allah sizin nə etdiklərinizi görəndir! (Peyğəmbər əshabəsi ilə Hüdeybiyyədə yerləşdiyi zaman səksən silahlı Məkkə müşriki müsəlmanlara hücum etmək istəmiş, lakin əsir tutulub Peyğəmbərin yanına gətirilmiş, o da onlara heç bir cəza verməyib hamısını azad etmişdi. Muhəmməd əleyhissəlamın bu lütfü Hüdeybiyyə sülhünün imzalanmasına səbəb olmuşdu).
Elmir Quliyev
:
Он — Тот, Кто убрал их руки от вас и ваши руки от них в долине Мекки после того, как Он позволил вам одержать над ними верх. Аллах видит то, что вы совершаете.
Ələddin Sultanov:
Onlara qarşı sizə zəfər bəxş etdikdən sonra Məkkənin yaxınlığında (Hüdeybiyyədə) onların əllərini sizdən, sizin əllərinizi də onlardan çəkən Odur. Allah sizin etdiklərinizi görür.
Kerbelayi Malik ağa:
Sizi Məkkənin ortasında onlara qalib etdikdən sonra, onların əllərini sizdən və sizin əllərinizi onlardan çəkən Odur. Allah əməllərinizi görəndir.
Ələsgər Musayev:
O – Odur ki, onların əlini sizdən saxladı və sizin əlinizi
onlardan, Məkkənin daxilində, ondan sonra ki, sizə zəfər verdi
onlar üzərində və oldu Allah nə ilə ki, əməldəsiniz, Bəsir!
A.Mehdiyev və D.Cəfərli:
Məkkənin göbəyində (Hərəmə yaxın olan Hüdeybiyyədə) sizi (ora daxil olmaqla) qalib etdikdən sonra onların əllərini sizdən və sizin əllərinizi onlardan çəkən Odur. Allah həmişə etdiklərinizi görəndir.
Kövsər Tağıyev:
O, Məkkənin göbəyində onlara qarşı sizə zəfər verdikdən sonra onların əllərini sizdən, sizin əllərinizi də onlardan çəkəndir. Allah etdiklərinizi haqqı ilə görür.
M.Qənioğlu və T.Bilaloğlu:
Sizə onlar üzərində qələbə bəxş etdikdən sonra Məkkə vadisində onlann əlini sizin üzərindən və sizin əlinizi onlann üzərindən götürən Odur. Allah sizin nələr etdiyinizi yaxşı görür!
Sabirə Dünyamalıyeva:
Və sizi onlara qalib etdikdən sonra, Məkkənin vadisində; Hüdeybiyyədə, Allahın dilədiyi kəsləri [Öz] mərhəmətinə daxil etməsi üçün, onların əllərini sizdən, sizin əllərinizi də onlardan çəkən Allahdır. Və Allah, əməllərinizi ən yaxşı görəndir.