Tur Surəsi 24. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onların ətrafında xidmətlərinə verilmiş, qorunub saxlanılan mirvari kimi cavan oğlanlar dolanacaqlar.
Bünyadov-Məmmədəliyev:
Onların ətrafında (xidmət üçün) özlərinə məxsus olan, sədəf içində gizlənmiş inci kimi gözəl oğlanlar dolanacaqlar.
Elmir Quliyev :
Их будут обходить их юные слуги, подобные сокрытому жемчугу.
Ələddin Sultanov:
Qorunub saxlanılan inci kimi gənc (xidmətçi) oğlanlar onların ətrafında dolanacaqlar.
Kerbelayi Malik ağa:
Onlar üçün xidmət edən qılmanlar (gənc oğlanlar), onların ətraflarında gəzərlər. Onlar sanki sədəf içində gizlənmiş inci kimidirlər.
Ələsgər Musayev:
Onlar arasında cavan qulamlar sanki mirvaridirlər, dolanarlar.
A.Mehdiyev və D.Cəfərli:
(qulluq etmək üçün) başlarına onlara məxsus, (gözəllik saflıqda) sanki (sədəf içində) gizlənmiş inci olan yeniyetmə oğlanlar dolanarlar.
Kövsər Tağıyev:
Onların xidmətinə verilmiş, qabığında gizli mirvari kimi gənclər ətraflarında dolanarlar.
M.Qənioğlu və T.Bilaloğlu:
Onların ətrafına onlar üçün (sədəfdə) gizlədilmiş incilərə bənzər oğlanlar dolanar.
Sabirə Dünyamalıyeva:
özlərinə məxsus olan oğlanlar onların ətrafında dolanacaqlar; onlar sanki sədəf içində gizlənmiş inci kimidir.