Hədid Surəsi 24. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
O kəsləri ki, özləri xəsislik edir, insanlara da xəsislik etməyi əmr edirlər. Kim (haqdan) üz çevirsə, (bilsin ki,) Allah, həqiqətən də, Zəngindir, Tərifəlayiqdir.
Bünyadov-Məmmədəliyev:
O kəslər ki, həm özləri xəsislik edər, həm xalqa xəsis olmağı əmr edərlər. Kim (Allahın əmrlərindən, öyüd-nəsihətindən) üz döndərsə (ancaq özünə zərər edər). Həqiqətən, Allah ehtiyacsızdır, şükrə (və tərifə) layiqdir! (Onun bütün əməlləri bəyəniləndir!)
Elmir Quliyev :
которые скупятся и велят людям скупиться. А если кто отвернется, то ведь Аллах Богатый, Достохвальный.
Ələddin Sultanov:
Onlar xəsislik edər, insanlara da xəsisliyi əmr edərlər. Kim (Allah yolunda infaq etməkdən) üz döndərərsə, bilsin ki, Allahın heç bir şeyə ehtiyacı yoxdur O, hər cür tərifə layiqdir!
Kerbelayi Malik ağa:
Onlar ki, xəsislik edərlər insanlara da xəsislik etməyi əmr edərlər. Kim üz çevirərsə, o zaman şübhəsiz ki, Allah Ğanidir (zəngindir), Həmiddir.
Ələsgər Musayev:
o kəslər ki, simiclik edirlər əmr edirlər insanlara simicliklə. Kim üz döndərsə, həqiqətən, Allah Qənidir, Həmiddir!
A.Mehdiyev və D.Cəfərli:
Həmin o kəslər(i) ki, (boyunlarında olan vacib xərclərə) xəsislik edir insanları da xəsisliyə vadar edirlər. Kim (haqqı qəbul etməkdən malı Allah yolunda xərcləməkdən) üz döndərsə, şübhəsiz ki, Allah Özü ehtiyacsız (işi sifətləri) təriflənmişdir.
Kövsər Tağıyev:
Onlar xəsislik edib insanlara da xəsisliyi əmr edən kimsələrdir. Kim üz döndərsə, bilsin ki, şübhəsiz, Allah ehtiyacsızdır, zəngindir, tərifə layiqdir.
M.Qənioğlu və T.Bilaloğlu:
o kəsləri ki, onlar xəsislik edir, adamlara da xəsislik etməyi əmr edirlər. Kim üz döndərirsə, (döndərsin). Allah heç bir şeyə möhtac deyildir, tərifəlayiqdir!
Sabirə Dünyamalıyeva:
Kim üz döndərsə də, bilin ki, şübhəsiz, çox zəngin, heç bir şeyə möhtac olmayan, təriflənən, tərifə layiq olan məhz Allahdır.