Əlixan Musayev:
Kim Allaha gözəl bir borc versə (malından Allah yolunda xərcləsə), O da onun üçün bunu qat-qat artırar? Allah (kimisinin ruzisini) azaldar, (kimisinin ruzisini də) artırar. Siz Ona qaytarılacaqsınız.
Bünyadov-Məmmədəliyev:
Allah yolunda (könül xoşluğu ilə halal maldan) yaxşı borc verən kimdir ki, (Allah da) onun mükafatını (əvəzini) qat-qat artırsın?! Allah (kimisini) sıxıntıya salar (ruzisini azaldar), (kimisinin də) ürəyini açar (bol ruzi verər). Siz (dünyada gördüyünüz işlərin əvəzini almaq üçün) Onun hüzuruna qaytarılacaqsınız.
Elmir Quliyev
:
Если кто-либо одолжит Аллаху прекрасный заем, то Он увеличит его многократно. Аллах удерживает и щедро одаряет, и к Нему вы будете возвращены.
Ələddin Sultanov:
Kim Allaha yaxşı bir borc verərsə (istəyənə faizsiz borc verər, yaxud malını Allah yolunda xərcləyərsə), Allah onun əvəzini (mükafatını) qat-qat artırar. Allah bəzilərini sıxıntıya salar, bəzilərinə də bolluq verər. Siz Ona qaytarılacaqsınız.
Kerbelayi Malik ağa:
Kim Allaha gözəl bir borc verərsə, o təqdirdə, o (verdiyi) özünə qat-qat çoxaldılaraq ödənər. Allah (ilahi qanun gərəyincə dilədiyinin ruzisini) azaldar və artırar. Ona qaytarılacaqsınız.
Ələsgər Musayev:
Kimdir o kəs ki, borc verir Allaha, borc
verməknən yaxşı və artırar onu onun üçün artırmaqla çoxlu? Və
Allah sıxar və genişləndirər və tərəfinə Onun müraciət
edəcəksiniz!
A.Mehdiyev və D.Cəfərli:
Kim Allaha gözəl bir borc verməyə hazırdır ki, Allah (da) onu (qaytararkən) onun üçün neçə qat artırsın? (Ruzini) azaldan da, çoxaldan da Allahdır. Ona tərəf qaytarılacaqsınız.
Kövsər Tağıyev:
Kimdir Allaha gözəl bir borc verəcək o kimsə ki, Allah da o borcu ona qat-qat artıq ödəsin. (Ruzini) Allah azaldar və çoxaldar. Ancaq Ona qaytarılacaqsınız.
M.Qənioğlu və T.Bilaloğlu:
Kimdir o kəs ki, Allaha yaxşı bir borc verə, O da onun üçün bunu qat-qat artıra? Allah sıxıntıya da məruz qoyur, səxavət də göstərir. Siz Ona qaytarılacaqsınız !
Sabirə Dünyamalıyeva:
Kimdir o kəs ki, Allaha gözəl bir ödunc versin, Allah da ona bir neçə qat artırsın? Allah darlıq da verir, genişlik də verir. Və yalnız Ona qaytarılacaqsınız.