Bəqərə Surəsi 248. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Peyğəmbərləri onlara dedi: “Onun hökmdarlığının əlaməti sizə bir sandığın gəlməsidir. Onun içərisində Rəbbinizdən bir təskinlik, Musanın ailəsindən Harunun ailəsindən qalan (bəzi) şeylər vardır. Onu mələklər gətirəcək. Əgər siz möminsinizsə, bu sizin üçün bir dəlildir”.
Bünyadov-Məmmədəliyev:
(İsrail övladının) peyğəmbəri onlara dedi: “(Talutun) padşahlıq əlaməti (Musaya verilən) sandığın sizə gəlməsidir. Onun içində (sizin üçün) Rəbbinizdən bir arxayınlıq, rahatlıq (mənəvi bir qüvvə, səbat), həmçinin Musa Harun nəslindən qalan şeylər (Musanın əsası, Tövratın bəzi lövhələri, bir az qüdrət halvası s.) vardır. Onu mələklər gətirəcək. Əgər siz möminsinizsə, onda sizin üçün (peyğəmbərin verdiyi xəbərin doğruluğunu təsbit edən) qəti dəlil vardır”.
Elmir Quliyev :
Их пророк сказал им: "Знамением его царствия станет то, что к вам явится ковчег, в котором умиротворение от вашего Господа. В нем будет то, что осталось после семьи Мусы (Моисея) и семьи Харуна (Аарона). Его принесут ангелы. Это будет знамением для вас, если только вы являетесь верующими".
Ələddin Sultanov:
Peyğəmbərləri onlara belə dedi: “Onun hökmdarlığının əlaməti (Musaya verilən) sandığın sizə gəlməsidir. Onun içində Rəbbinizdən bir təskinlik, həmçinin Musa Harun nəslinin arxada qoyduğu qalıntılar vardır. Onu mələklər gətirəcək. Əgər inanırsınızsa, bunda sizin üçün bir dəlil vardır”. (Rəvayətə görə, bu ayədə bəhs olunan sandığı Həzrət Musa müharibə vaxtı ordunun önündə aparar beləcə, əsgərlərin əhval-ruhiyyəsi yüksələrdi. Ordu zəiflədikdən sonra bu sandıq düşmənləri olan Calutun əlinə keçdi. Yəhudilər isə yeni kralları olan Talutun hökmdarlığına etiraz etdilər və: “Əgər həqiqətən, o, hökmdardırsa, buna bir dəlil gətirsin!” dedilər. Ona görə həmin sandıq geri gəlmişdir.)
Kerbelayi Malik ağa:
Onların Peyğəmbəri onlara dedi ki: ‘Şübhəsiz ki, onun məlikliyinin ayəsi (dəlili) içində Rəbbinizdən səkinət Hz.Musa ailəsindən Harun ailəsindən qalan şeylər mələklərin daşıdığı bir sandığın sizə gəlməsidir. Şübhəsiz ki, əgər siz möminlərsinizsə, bunda sizin üçün əlbəttə ayə (dəlil) vardır.’
Ələsgər Musayev:
Dedi onlar üçün nəbiləri onların: «Həqiqətən, ayəti mülkünün Onun ki, gələcək sizə tabut, onda sakitlik Rəbbinizdən baqiyyət, nədən tərk etdi ali Musa ali Harun, həmlədirlər ona mələklər. Həqiqətən, bunda ayət sizin üçün, əgər oldunuz inananlar!»
A.Mehdiyev və D.Cəfərli:
Peyğəmbərləri onlara dedi: «Onun hökmranlığının nişanəsi, içərisində (sizin üçün) Rəbbiniz tərəfindən qəlb rahatlığı Musa Harun ailəsinin qoyub getdikləri şeylərin qalıqları (Musanın əsası, zirehi nə’leyni, Tövratın lövhələri Harunun əmmaməsi) olan mələklərin daşıdıqları tabutun (Musanın içərisində suya atıldığı əhd sandığının) sizin yanınıza gəlməsidir. Əlbəttə, əgər iman əhli olsanız onda sizin üçün (Talutun hakimiyyətinin doğruluğu barəsində) nişanə vardır «.
Kövsər Tağıyev:
Peyğəmbərləri onlara belə dedi: “Onun hökmdarlığının əlaməti sizə o sandığın gəlməsidir. Onda Rəbbinizdən bir sükunət ilə Musa ailəsinin Harun ailəsinin qoyub getdiyi şeylər var. Onu mələklər daşımaqdadır. Əgər inanmış kimsələrsinizsə, bunda şübhəsiz, sizin üçün tutarlı bir dəlil var”.
M.Qənioğlu və T.Bilaloğlu:
Onların peyğəmbəri dedi: "Onun hökmdarlığının əlaməti içərisində Rəbbinizdən bir təskinlik, Musa Harun nəslindən qalmış şeylər olan sandığın sizə gəlməsidir. Onu mələklər gətirəcəklər. Əgər iman gətirənsinizsə, bu, sizin üçün bir əlamətdir".
Sabirə Dünyamalıyeva:
Peyğəmbərləri dedi: "Şübhəsiz ki, onun hökmdarlığının əlaməti/nişanəsi güclü varlıqların daşıdığı, içində Rəbbinizdən ürəyə təskinlik verən, əmin-amanlıq hissi sakitlik/mənəvi güc bəxş edən, Musa Harun ailələrindən qalan şeylər olan o tabutun sizə gəlməsi olacaq. Əgər iman etmiş kəslərsinizsə, şübhəsiz ki, bunda sizin üçün həqiqətən bir işarət/nişan var" dedi.