Bəqərə Surəsi 249. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Talut qoşunla birlikdə (döyüşə) yola düşdükdə (əsgərlərinə) dedi: “Allah sizi bir çayla imtahan edəcək. Kim ondan içsə, məndən deyildir. Bir ovuc götürən istisna olmaqla, kim ondan dadmasa, o, məndəndir”. Onların az bir qismi istisna olmaqla (hamısı) ondan su içdilər. (Talut) onunla olan möminlərlə birlikdə çayı keçdikdən sonra (bəziləri) dedilər: “Bu gün bizim Caluta onun qoşununa gücümüz çatmayacaq”. Allahla qarşılaşacaqlarını yəqin bilənlər isə dedilər: “Neçə-neçə az saylı dəstələr Allahın izni ilə çox saylı dəstələrə qalib gəlmiş-dir!” Allah səbr edənlərlədir.
Bünyadov-Məmmədəliyev:
Talut qoşunu ilə (öz yurdundan, Qüdsdən) ayrıldığı zaman (əsgərlərinə) dedi: “Allah sizi (axar) bir çay vasitəsilə imtahan edəcək. Kim onun suyundan içsə, o məndən (mənə tabe olanlardan) deyildir. Kim ondan dadmasa, dadsa da, bir ovucdan artıq içməsə, o məndəndir”! Lakin onların az bir qismi müstəsna olmaqla, (hamısı) o sudan içdi. O (Talut) onunla birlikdə olan möminlər (çayı) keçdikdən sonra (düşmən qoşununu görüb) dedilər: “Bu gün bizim Calut (düşmən tərəfin hökmdarı) onun qoşunu ilə vuruşmağa taqətimiz yoxdur”! (İçərilərindən) Allahın rəhmətinə qovuşacaqlarına (Allahın dərgahına qayıdacaqlarına) inanalar isə dedilər: “Neçə dəfə olub ki, az bir dəstə Allahın izni (iradəsi) ilə çox bir dəstəyə qalib gəlib! Allah səbr edənlərlədir!”
Elmir Quliyev :
Когда Талут (Саул) отправился в путь с войском, он сказал: "Аллах подвергнет вас испытанию рекой. Кто напьется из нее, тот не будет со мной. А кто не отведает ее, тот будет со мной. Но это не относится к тем, кто зачерпнет пригоршню воды". Напились из нее все, за исключением немногих из них. Когда же он и уверовавшие вместе с ним перебрались через реку, они сказали: "Сегодня мы не справимся с Джалутом (Голиафом) и его войском". Но те, которые были убеждены в том, что встретятся с Аллахом, сказали: "Сколько малочисленных отрядов победило многочисленные отряды по воле Аллаха!" Ведь Аллах с терпеливыми.
Ələddin Sultanov:
Talut qoşunu ilə (döyüş üçün) yola çıxdığı zaman belə dedi: “Şübhəsiz, Allah sizi (axar) bir çayla sınağa çəkəcək. Kim ondan içərsə, o məndən deyildir. Əli ilə bir ovuc içən kimsə istisna olmaqla, kim ondan dadmazsa, o məndəndir!” Onlardan az bir qismi istisna olmaqla, hamısı ondan içdilər. Talut yanındakı möminlər çayı keçdikdən sonra: “Bu gün Calut onun qoşununa qarşı bizim gücümüz yoxdur”, - dedilər. Allaha qovuşacaqlarına inananlar isə belə dedilər: “Sayca az olan neçə-neçə dəstələr Allahın izni ilə sayca çox olan neçə-neçə dəstələrə qalib gəlmişdir. Allah səbir edənlərlədir!”
Kerbelayi Malik ağa:
Beləcə Talut əsgərlərlə (Qüdsdən) ayrıldığı zaman dedi ki: ‘Şübhəsiz ki, Allah sizi bir çay ilə imtahan edəcək. Bundan sonra kim ondan içərsə, artıq o kimsə məndən deyil. Kim ondan (doyacaq qədər) içməzsə, yalnız əliylə bir ovuc götürüb içən istisna olmaqla, o təqdirdə şübhəsiz ki, o məndəndir. ‘Lakin onlardan ancaq çox azı istisna olmaqla, (o sudan doyunca) içdilər. Talut iman edənlər birlikdə (çayı) keçdikləri zaman: ‘Bu gün bizim Calut onun əsgərləri ilə (döyüşəcək) taqətimiz (gücümüz) yoxdur.’ dedilər. Özlərinin şübhəsiz Allaha mülaki olacaqlarını qəti olaraq bilənlər (şübhəsiz inananlar) isə belə dedilər: ‘Neçə-neçə az saylı bir dəstə Allahın izniylə çox saylı dəstəyə qalib gəlmişdir. Allah səbir edənlərlə bərabərdir.’
Ələsgər Musayev:
Amma elə ki, ayrıldı Talut qoşunla, dedi: «Həqiqətən, Allah imtahan edir sizi nəhrlə. kim içdi ondan, deyil məndən. kim tamına baxmasa onun, həqiqətən, o, məndəndir, ancaq kim bir qətrə ovuc ilə!» içdilər ondan, ancaq azı onlardanAmma elə ki, keçdi o o kəslər ki, inandılar onunla, dedilər: «Yoxdur taqət bizim üçün bu gün Calutla qoşununa onun!» Dedi o kəslər ki, zənn edirdilər, həqiqətən, onlar görüşəcəklər Allah ilə: «Nə qədər az dəstələrdən qalib olub çox dəstələrə iznilə Allahın Allah səbr edənlərlədir!»
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə Talut (Əmaliqə ilə döyüşmək üçün) qoşunla birgə (öz qərargahlarından) ayrılarkən dedi: «Həqiqətən, Allah sizi bir çay ilə imtahan edəcəkdir. Odur ki, kim ondan (doyunca) içsə, məndən deyil kim ondan içməsə məndəndir, əlinə bir ovuc su götürən istisna olmaqla (ki, o da məndəndir). Beləliklə, onların az bir hissəsi istisna olmaqla hamısı ondan içdilər. Talut onunla birgə iman gətirənlər çaydan keçdikdən sonra (onlardan bəziləri) dedilər: «Bizim bu gün Calut onun qoşunu ilə qarşılaşmağa taqətimiz yoxdur». Allaha qovuşacaqlarına inananlar (axirətə imanları olanlar isə) dedilər: «O qədər az (saylı) dəstə Allahın köməyi ilə çox (saylı) dəstəyə qalib gəlib ki! Allah səbirlilərlədir».
Kövsər Tağıyev:
Talut ordu ilə hərəkətə keçdikdə: “Şübhəsiz, Allah sizi bir axar çayla imtahanedəcəkdir. Kim ondan içsə, məndən deyildir. Kim ondan dadmasa, o, məndəndir. Ancaq əli ilə bir ovuc götürən istisnadır”, dedi. Onlardan çox azı xaric, hamısı çayın suyundan içdilər. Talut onunla birlikdə iman edənlər çayı keçdikdə (arxada qalanlar): “Bu gün bizim Caluta əsgərlərinə qarşı vuruşmağa gücümüz yoxdur”, dedilər. Allaha qovuşacaqlarını qəti olaraq bilənlər (çayı keçənlər) isə bu cavabı verdilər: “Allahın izni ilə böyük bir dəstəyə qalib gələn neçə-neçə kiçik dəstələr var. Allah səbir edənlərlədir”.
M.Qənioğlu və T.Bilaloğlu:
Talut öz ordusu ilə (cihad üçün) ayrılınca dedi: "Allah sizi bir çay vasitəsilə imtahana çəkəcəkdir. Bir ovuc içən istisna olmaqla, kim oradan su içərsə, məndən deyildir kim ondan dadmasa, o, mənimlədir." Az bir qismindən başqa oradan su içdilər. O, iman gətirənlərlə birlikdə çayı keçdikdən sonra (sudan içənlər) dedilər: "Bu gün Calutla onun qoşunu ilə (vuruşmağa) gücümüz yoxdur." Allaha qovuşacaqlarını bilənlər isə belə söylədilər: "Neçə-neçə kiçik dəstə Allahın izni ilə böyük dəstəyə qalib gəlmişdir!" Allah səbr edənlərlədir.
Sabirə Dünyamalıyeva:
Sonra Talut, öz ordu ilə birgə [oradan] çıxarkən dedi ki: "Şübhəsiz ki, Allah sizi həqiqətən bir çayla imtahan edəcək. Kim ondan içsə, məndən deyildir. Kim də, -əliylə bir ovuc alan istisna olmaqla- ondan dadmasa, bax o, məndəndir." Sonra da aralarında çox azı istisna olmaqla, ondan içdilər. Talut onunla birlikdə iman edən kəslər çayı keçəndə İsrail oğulları, "Bizim bu gün, Calutun onun ordusunun qarşısında dayanmağa taqətimiz yoxdur" dedilər. Allaha qovuşacaqlarına həqiqətən inananlar, "Neçə dəfə olub ki, az bir dəstə Allahın izni ilə çox dəstəyə qalib gəlib. Allah səbr edənlərlədir!" dedilər.