Yunus Surəsi 25. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Allah əmin-amanlıq yurduna (Cənnətə) çağırır istədiyini doğru yola yönəldir.
Bünyadov-Məmmədəliyev:
Allah (bəndələrini) əmin-amanlıq yurduna (Cənnətə) çağırır istədiyini doğru yola salır!
Elmir Quliyev :
Аллах призывает к Обители мира и благополучия и наставляет на прямой путь тех, кого пожелает.
Ələddin Sultanov:
Allah (bəndələrini) əmin-amanlıq yurduna (cənnətə) çağırır dilədiyini doğru yola yönəldir.
Kerbelayi Malik ağa:
Allah təslim yurduna (darus salama) dəvət edər dilədiyi kimsəni Sirati Müstəqimə hidayət edər.
Ələsgər Musayev:
Allah sülh evinə çağırır kimi istəyir düz yola hidayət edir!
A.Mehdiyev və D.Cəfərli:
Allah (bəşəriyyəti) «Darus-Salam»a (fanilikdən uzaq Cənnətə) dəvət edir (ümumi hidayəti qəbul edənlərdən) istədiyi şəxsi (xüsusi maarifdə) doğru yola hidayət edir.
Kövsər Tağıyev:
Allah əmin-amanlıq yurduna çağırır istədiyini doğru yola yönəldir.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah əmin-amanlıq evinə [cənnətə] çağırır istədiyi kəsə doğru yolu göstərir!
Sabirə Dünyamalıyeva:
Allah salamatlıq [əmin-amanlıq, təhlükəsizlik, xoşbəxtlik] yurduna çağırır O, dilədiyi/diləyən kimsəyə en doğru yola bələdçi olar.