Əlixan Musayev:
Səndən əvvəl elə bir elçi göndərməmişik ki, ona: “Məndən başqa heç bir ilah yoxdur, Mənə ibadət edin!”– deyə vəhy etməyək.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Səndən əvvəl elə bir peyğəmbər göndərmədik ki, ona: “Məndən başqa heç bir tanrı yoxdur. Buna görə də yalnız Mənə ibadət edin!” – deyə vəhy etməyək.
Elmir Quliyev
:
Мы не посылали до тебя ни одного посланника, которому не было бы внушено: "Нет божества, кроме Меня. Поклоняйтесь же Мне!"
Ələddin Sultanov:
(Ey Peyğəmbər!) Səndən əvvəl: “Məndən başqa heç bir ilah yoxdur! Ona görə də yalnız Mənə ibadət edin!” - deyə vəhy etmədiyimiz heç bir peyğəmbər göndərmədik.
Kerbelayi Malik ağa:
Səndən öncə elə bir rəsul göndərmədik ki, Ona: ‘Məndən başqa ilah yoxdur.’ deyə vəhy etməyək. Elə isə yalnız Mənə qul olun!
Ələsgər Musayev:
Biz göndərmədik səndən qabaq rəsuldan, ancaq ona vəhy
etmədən ki: «Məndən başqa Ilahi yoxdur! Ibadət edin Mənə!»
A.Mehdiyev və D.Cəfərli:
Səndən əvvəl elə bir peyğəmbər göndərmədik ki, ona «Məndən başqa bir məbud yoxdur, buna görə də (yalnız) Mənə ibadət edin» (deyə) vəhy etməyək.
Kövsər Tağıyev:
Səndən əvvəl göndərdiyimiz bütün peyğəmbərlərə: “Şübhəsiz, məndən başqa heç bir ilah yoxdur. Elə isə mənə ibadət edin”, – deyə vəhy etmişik.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz səndən əvvəl də elə bir peyğəmbər göndərmədik ki, ona: “Məndən başqa bir tanrı yoxdur. Mənə ibadət edin!” -deyə vəhy etməyək.
Sabirə Dünyamalıyeva:
Və Biz səndən əvvəl elə bir peyğəmbər göndərmədik ki, ona: "Haqq budur ki, Məndən başqa məbud deyə bir şey yoxdur. Onun üçün Mənə ibadət edin" deyə vəhy etməyək.