Həcc Surəsi 25. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Kafir olanlara, (insanları) həm Allah yolundan, həm bütün insanlar istər yerlilər, istərsə gəlmələr üçün qurduğumuz Məscidulharamdan sapdıranlara orada zülm etməklə (haqdan) dönmək istəyənlərə üzücü bir əzab daddıracağıq.
Bünyadov-Məmmədəliyev:
Kafir olub (insanları) Allah yolundan, həm yerlilər, həm gəlmələr üçün (qiblə, məbəd) etdiyimiz Məscidülhəramdan döndərənlərə orada zülmə, haqsızlığa meyl etmək istəyənlərə şiddətli əzabdan daddıracağıq!
Elmir Quliyev :
Воистину, тем, которые не веруют, сбивают других с пути Аллаха, не пускают их в Заповедную мечеть, которую Мы воздвигли для всех людей, независимо от того, проживают они в ней или кочуют, а также тем, кто желает там уклониться от истины по несправедливости, Мы дадим вкусить мучительные страдания.
Ələddin Sultanov:
Şübhəsiz, kafir olub Allah yolundan həm yerli, həm kənardan gələnlər üçün məbəd etdiyimiz Məscidi-haramdan (insanları) uzaqlaşdıran orada zülm edərək haqsızlığa meyil etmək istəyənlərə acı bir əzab daddıracağıq.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, kafir olanlara, Allahın yolundan sapdıranlara, yerlilər gəlmələr üçün qurduğumuz Məscidi Haramdan yasaqlayanlara orada zülm ilə (Haqq yolundan) sapdırmaq istəyən kəslərə əlim əzabdan daddıracağıq.
Ələsgər Musayev:
Həqiqətən, o kəslər ki, kafirdirlər sədd çəkirlər yolundan Allahın məscidilharama odur ki, Biz onu insanlar üçün bərabər etdik orada qalmaq ibadət etmək üçün. Kim istəyərsə orada zülmlə üz döndərə, Biz ona ələmli əzabdan daddırarıq.
A.Mehdiyev və D.Cəfərli:
Əlbəttə, kafir olmuş (insanları) Allahın yolundan Bizim (bütün) insanlar(ın ibadət etməsi) üçün müəyyənləşdirdiymiz yerli ilə müsafirin bərabər olduğu Məscidul-həramdan saxlayan kəslər (yollarını azmış camaata zülm edən bir dəstədirlər). Kim onda (insanlara) zülm etmək məqsədi ilə (haqqdan) üz döndərsə ona ağrılı əzab daddırarıq.
Kövsər Tağıyev:
İnkar edənlər (insanları) Allah yolundan Məscidi-Haramdan –hansı ki, onun daxilində yerli olsun, gəlmə olsun bütün insanları bərabər tutmuşuq döndərənlər (əzaba layiq olmuşdur.) Kim orada zülm edərək haqdan sapmaq istərsə, biz ona ağrılı-acılı əzabdan daddıracağıq.
M.Qənioğlu və T.Bilaloğlu:
Kafirlərə, Allahın yolundan çıxaranlara adamlar üçün, istər yerli olsun, istər gəlmə - qurduğumuz Məscidul-Həramdan yayındıranlara orada haqsızlıq etməklə haqdan dönmək istəyənlərə əzab daddırarıq.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz, küfr işləyən [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar edən], Allahın yolundan, insanlar üçün -orada ibadət edənlərlə gəlmələrin bərabər olması şərti ilə- hazırlanan Məscidülhəramdan [toxunulmazlığı olan ilahiyyat məktəbindən] döndərən kəslər orada haqsızlıqla səhv yola sapmaq istəyən kəs [ki var]; Biz, onlara ağrılı-acılı bir əzab daddıracağıq.