Əlixan Musayev:
Firon ətrafındakılara dedi: “(Onun nə danışdığını) eşitmirsinizmi?”
Bünyadov-Məmmədəliyev:
(Firon) ətrafındakılara: “Eşitdinizmi?” – dedi. (Musanın cavabı mənim sualıma uyğun gəlmir. Mən ondan aləmlərin Rəbbinin mahiyyəti, keyfiyyəti və cinsi barəsində soruşuram, o isə mənə Onun sifətləri, əməlləri haqqında cavab verir).
Elmir Quliyev
:
Фараон сказал тем, кто был около него: "Разве вы не слышите?"
Ələddin Sultanov:
(Firon) öz ətrafındakılara: “Eşitmirsinizmi?” - dedi.
Kerbelayi Malik ağa:
(Firon) ətrafındakılara: ‘Eşitmirsinizmi?’ dedi.
Ələsgər Musayev:
Dedi ətrafında olan kəslərə: «Ə, eşitmirsinizmi?»
A.Mehdiyev və D.Cəfərli:
Firon öz ətrafındakılara dedi: «(Onun sözlərinə) qulaq asırsınızmı?! (O, necə də mənim sualımı olduğu kimi təkrarlayır. Mən ondan Rəbbin mahiyyətini soruşuram, Musa isə mənə Onun işləri haqqında cavab verir)?!»
Kövsər Tağıyev:
Firon ətrafındakılara (istehza ilə): “Eşitmirsinizmi?” – dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
Firön öz ətrafındakılara dedi: "Eşitdinizmi?"
Sabirə Dünyamalıyeva:
Firon yanında olanlara: “Eşidirsinizmi?” – dedi.