Rum Surəsi 25. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Göyün yerin Onun əmri ilə öz yerlərində (sabit) qalması da Onun dəlillərindəndir. Sonra da sizi bir dəfə çağıran kimi dərhal qəbirlərinizdən qalxıb çıxacaqsınız.
Bünyadov-Məmmədəliyev:
Göyün yerin Onun əmrində durması, sonra sizi bircə dəfə (İsrafilin suru bir dəfə üfürməsi ilə) çağıran kimi dərhal yerdən (qəbirlərinizdən dirilib) çıxmağınız da Onun qüdrət əlamətlərindəndir.
Elmir Quliyev :
Среди Его знамений то, что небо и земля держатся по Его воле. Потом, когда Он призовет вас из земли всего один раз, вы выйдете из могил.
Ələddin Sultanov:
Göyün yerin Onun əmri ilə durması (nizam-intizamlı olması) da Onun (varlığının) dəlillərindəndir. Sonra sizi bircə dəfə çağıran kimi dərhal torpaqdan (qəbirlərinizdən) çıxacaqsınız.
Kerbelayi Malik ağa:
Onun ayələrindəndir ki, göy yer Onun əmri ilə (tarazlıqda) dayanar. Sonra sizi bir tək dəvətlə çağırdığı zaman yerdən (qəbirdən) çıxacaqsınız.
Ələsgər Musayev:
Onun ayətindəndir ki, dayanıb səma ərz Onun əmri ilə. Sonra onda ki, O sizi çağırar ərzdən çağırışla, onda siz xaric olarsınız.
A.Mehdiyev və D.Cəfərli:
Onun nişanələrindən (biri) budur ki, göy yer (məhdud bir müddətədək) Onun mütləq iradəsi ilə durmaqdadır. (Canlıları öldürdükdən torpaq altına apardıqdan sonra) sizi bircə dəfə yerin altından səsləməklə (surun ikinci dəfə üfürülməsi ilə) qəfildən sizin hamınız (torpağın köksündən) çıxarsınız.
Kövsər Tağıyev:
Əmri ilə göyün yerin (öz nizamları üzrə) durması da Onun (varlığının qüdrətinin) dəlillərindəndir. Sonra sizi yerdən (qalxmağa) çağıran kimi bir görərsiniz ki, (dirilərək) çıxırsınız.
M.Qənioğlu və T.Bilaloğlu:
Göyün yerin Onun əmri ilə (yanıb) durması Onun dəlillərindəndir. Sonra, sizi yerdən [qəbrlərinizdən] çıxmanız üçün çağırarsa, siz dərhal çıxarsınız.
Sabirə Dünyamalıyeva:
Göyün yer üzünün Onun əmri ilə dayanması yenə Onun əlamətlərindən/işarətlərindəndir. Sonra sizi yer üzündən tək bir çağırışla çağırdıqda, bir görəcəksiniz ki, çıxarılırsınız.