Loğman Surəsi 25. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Əgər sən onlardan: “Göyləri yeri kim yaratmışdır?”– deyə soruşsan, onlar hökmən: “Allah!”– deyəcəklər. De: “Həmd olsun Allaha!” Lakin onların çoxu (bunu) bilmir.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Həqiqətən, əgər sən (müşriklərdən): “Göyləri yeri kim yaratmışdır?” deyə soruşsan, onlar mütləq: “Allah!” deyə cavab verəcəklər. De: “Həmd olsun Allaha!” Lakin onların əksəriyyəti (həmd-sənanın kimə məxsus olduğunu) bilməz!
Elmir Quliyev :
Если ты спросишь их: "Кто сотворил небеса и землю?" они непременно скажут: "Аллах". Скажи: "Хвала Аллаху!" Но большинство их не знает.
Ələddin Sultanov:
Əgər onlardan: “Göyləri yeri kim yaratdı?” - deyə soruşsan, onlar: “Allah!” - deyəcəklər. De ki: “Həmd Allaha məxsusdur!” Lakin onların çoxu bilməz.
Kerbelayi Malik ağa:
Əgər onlara: ‘Göyləri yeri kim yaratdı?’ deyə soruşsan mütləq ‘Allah’ deyərlər. ‘Həmd Allaha məxsusdur’ de. Xeyr, onların çoxu bilməzlər.
Ələsgər Musayev:
Əgər sən onlardan sual etsən: «Kim xəlq edib səmaları ərzi?» - deyərlər: «Allah!» De: «Həmd Allah üçündür!» Bəli, əksəriyyəti onların bilməz!
A.Mehdiyev və D.Cəfərli:
(Ya Peyğəmbər!) Əgər onlardan (müşriklərdən) soruşsan ki: «Göyləri yeri kim yaratmışdır?» Deyəcəklər: «Allah» (Çünki, onlar xaliqlik ilahilik baxımından Allaha şərik qoşmayıblar, bütləri özlərinə yalnız rəbb bilirlər.) De: «Həmd olsun (o) Allaha (ki, özünüz etiraf edirsiniz)». Əslində onların əksəriyyəti bilmir (ki, hər şeyi nizamlayan idarə edən elə onların xaliqidir).
Kövsər Tağıyev:
And olsun, əgər sən onlardan: “Göyləri yeri kim yaratdı?” deyə soruşsan, onlar mütləq: “Allah”, deyərlər. De ki: “Həmd Allaha məxsusdur”. Lakin onların çoxu bilməzlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlardan: "Göyləri yeri kim yaradıb?" - deyə soruşsan, onlar “Həqiqətən Allah” - deyərlər. De: “Allaha həmd olsun!” Lakin onlann çoxu bilmir.
Sabirə Dünyamalıyeva:
Yenə and olsun ki, onlardan: "Göyləri yeri kim yaratmışdır?" deyə soruşsan, mütləq "Allah" deyəcəklər. De ki: "Bütün təriflər Allaha məxsusdur; başqasını tərifləmək olmaz!" Əslində onların çoxu bilməz.