Zümər Surəsi 25. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlardan əvvəlkilər (peyğəmbərləri) yalançı saymışdılar (buna görə) əzab da onlara gözləmədikləri yerdən gəldi.
Bünyadov-Məmmədəliyev:
Onlardan (Məkkə müşriklərindən) əvvəlkilər (peyğəmbərləri) təkzib etmişdilər. Buna görə heç özləri bilmədikləri yerdən onlara əzab gəlmişdi.
Elmir Quliyev :
Их предшественники также считали лжецами посланников, и мучения явились к ним оттуда, откуда они не предполагали.
Ələddin Sultanov:
Onlardan əvvəlkilər (peyğəmbərləri) yalanlamışdılar. Buna görə onlara gözləmədikləri bir yerdən əzab gəlmişdi.
Kerbelayi Malik ağa:
Onlardan əvvəlkilər yalanladı beləcə əzab onlara gözləmədikləri bir yerdən gəldi.
Ələsgər Musayev:
O kəslər ki, onlardan qabaq var idilər, yalan saydılar bilmədikləri yerdən əzab onlara gəldi.
A.Mehdiyev və D.Cəfərli:
Bunlardan qabaqkılar da (öz peyğəmbərlərini) təkzib etdilər. (Allahın) əzab(ı) ehtimal etmədikləri yerdən onlara gəldi.
Kövsər Tağıyev:
Onlardan əvvəlkilər təkzib etdilər əzab onlara fərqində olmadıqları bir yerdən gəldi.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlardan əvvəlkilər (peyğəmbərləri) yalan hesab etdilər heç gözləmədikləri yerdən onlara əzab gəldi.
Sabirə Dünyamalıyeva:
Onlardan əvvəlki kəslər təkzib etdilər, buna görə onlara ağıllarına gəlməyən bir yerdən əzab gəldi. Sonra da Allah onlara bəsit dünya həyatında rüsvaylığı daddırdı.