Əlixan Musayev:
(Musa) onlara Bizim dərgahımızdan həqiqəti bəyan etdikdə onlar dedilər: “Onunla birlikdə iman gətirənlərin oğullarını öldürün, qadınlarını isə sağ buraxın!” Amma (bilin ki,) kafirlərin hiyləsi boşa çıxar.
Bünyadov-Məmmədəliyev:
(Musa) onların yanına dərgahımızdan haqq ilə (həqiqi dinlə, möcüzələrlə) gəldikdə onlar: “Onunla birlikdə iman gətirənlərin (yəhudilərin) oğlanlarını öldürün, qadınlarını (qızlarını) isə diri saxlayın!” – dedilər. Kafirlərin hiyləsi ancaq boşa çıxar.
Elmir Quliyev
:
Когда он принес им истину от Нас, они сказали: "Убивайте сыновей тех, кто уверовал вместе с ним, и оставляйте в живых их женщин!" Но козни неверующих безуспешны.
Ələddin Sultanov:
Musa Bizim tərəfimizdən onlara haqqı gətirdikdə onlar: “Onunla birlikdə iman gətirənlərin oğullarını öldürün, qadınlarını isə sağ buraxın!” - dedilər. Kafirlərin hiyləsi, əlbəttə, boşa çıxar.
Kerbelayi Malik ağa:
Beləcə onlara dərgahımızdan haqq ilə gəldiyi zaman: ‘Amənu olanların oğullarını özləriylə birlikdə öldürün və qadınlarını sağ buraxın!’ dedilər. Kafirlərin hiyləsi dəlalətdən başqa bir şey deyil.
Ələsgər Musayev:
Amma elə ki, gəldi
onlara haqq ilə Bizim tərəfimizdən, dedilər: «Qətlə yetirin
oğlanlarını o kəslərin ki, inandılar onunla birlikdə və onların
qadınlarını diri saxlayın!» Və deyil fəndləri kafirlər üçün, ancaq
zəlalətdə!
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə elə ki, (Musa) onlara Bizim tərəfimizdən haqqı (tovhidin dəlillərini və möcüzələri) gətirdi, dedilər: «Musa ilə (Allaha) iman gətirənlərin oğullarını öldürün və qadınlarını diri saxlayın.» Lakin kafirlərin hiylə və məkrləri yalnız azğınlıqdadır (və heç vaxt məqsədə çatmaz).
Kövsər Tağıyev:
Musa onlara tərəfimizdən haqqı gətirdiyi zaman: “Onunla birlikdə iman edənlərin oğullarını öldürün, qadınlarını sağ buraxın”, – dedilər. Kafirlərin hiyləsi ancaq boşa çıxar.
M.Qənioğlu və T.Bilaloğlu:
O, Bizdən olan haqqı onlara gətirəndə onlar dedilər. "Onunla birlikdə iman gətirənlərin oğullarını öldürün, qız-qadınlarını isə diri saxlayın!" Kafirlərin fitnəsi ancaq puç olmağa məhkumdur.
Sabirə Dünyamalıyeva:
Beləliklə Musa, tərəfimizdən onlara bir haqq ilə göndərildikdə, onlar: "Musa ilə birgə iman etmiş kəslərin oğullarını öldürün; təhsilsiz, tərbiyəsiz saxlayıb cahil bir kütlə halına gətirərək zəiflədin, qadınlarını ise utanca boğun" dedilər. Kafirlərin [Allahın məbud və rəbb olduğunu bilərək inkar edənlərin] hiyləsi boşa çıxar.