Əhqaf Surəsi 25. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
O öz Rəbbinin əmri ilə hər şeyi yerlə yeksan edəcəkdir!” Onlar elə (məhv) oldular ki, evlərindən başqa heç bir şey görünmədi. Biz günahkar adamları belə cəzalandırırıq.
Bünyadov-Məmmədəliyev:
O öz Rəbbinin əmri ilə hər şeyi məhv edər!” Onlar (ertəsi gün) səhər çağı elə bir vəziyyətə düşdülər ki, evlərindən başqa heç bir şey görünmədi (hamısı məhv oldu). Biz günahkar qövmü belə cəzalandırırıq!
Elmir Quliyev :
Он уничтожает всякую вещь по велению своего Господа. А на утро от них остались видны только их жилища. Так Мы воздаем грешным людям.
Ələddin Sultanov:
O külək, Rəbbinin əmri ilə hər şeyi məhv edər. Beləcə, onların evlərindən başqa heç bir şey qalmadı. Biz günahkar qövmü belə cəzalandırırıq.
Kerbelayi Malik ağa:
O, Rəbbinin əmriylə hər şeyi məhv edər. Beləcə səhər onların məskənlərindən başqa heç bir şey görünmədi. Biz günahkar qövmü belə cəzalandırarıq.
Ələsgər Musayev:
Məhv edər külli şeyi öz Rəbbinin əmri ilə. sabahısı göründü ancaq məskənləri onların. Belə mükafatlandırırıq cərimə olunmuş qoumu.
A.Mehdiyev və D.Cəfərli:
ki, Rəbbinin əmri ilə hər şeyi (bütün canları mal-dövləti) həlak məhv edəcəkdir.» Beləliklə onlar elə (həlak) oldular ki, məskənlərindən başqa heç görünmürdü. Biz günahkarların tayfasını belə cəzalandırırıq.
Kövsər Tağıyev:
“O, Rəbbimin əmri ilə hər şeyi yerlə bir edər”. O anda evlərindən başqa hər şeyləri görünməz hala düşdü. Biz günahkar qövmü, bax belə cəzalandırarıq.
M.Qənioğlu və T.Bilaloğlu:
O [külək], Öz Rəbbinin əmri ilə hər şeyi yerlə-yeksan edir. Onlar elə hala düşdülər ki, mənzillərindən başqa heç görünmədi. Günahkar adamları Biz belə cəzalandırırıq!
Sabirə Dünyamalıyeva:
Axırda elə bir hala gəldilər ki, evlərindən başqa heç bir şey görünmürdü. Biz, günahkarlar qövmünü bax belə cəzalandırırıq.