Məhəmməd Surəsi 25. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Hidayət yolunu tanıdıqdan sonra (haqdan dönüb) geriyə üz tutanlara şeytan (günah işləri) gözəl göstərdi onlara uzun ömür vəd etdi.
Bünyadov-Məmmədəliyev:
Doğru yol özlərinə bəlli olduqdan sonra (dindən) dönənlərə Şeytan (bu dönüklüyü) xoş göstərdi onları tovlayıb yoldan azdırdı (və ya: bu dönüklüyün müqabilində Allah onları zəlalətə saldı).
Elmir Quliyev :
Воистину, тех, которые обратились вспять после того, как им стал ясен прямой путь, дьявол обольстил и обещал им долгую жизнь.
Ələddin Sultanov:
Haqq yol özlərinə bəlli olduqdan sonra buna arxa çevirənlərə gəldikdə, şeytan (bu hərəkətlərini) onlara gözəl göstərmiş (uzun ömür sürəcəklərinə dair) ümid vermişdir.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, özlərinə hidayət bəlli olduqdan sonra geri dönənləri şeytan (küfrə) sürüklədi. Onları (pis) əməllərə yönəltdi.
Ələsgər Musayev:
Həqiqətən, o kəslər ki, çevrilib dabanı üstə getdilər ondan sonra ki, bəyan oldu onlar üçün hidayət, şeytan onların pis əməllərini zinətli göstərərək öyrətdi onları.
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən Şeytan (kitab əhlindən) doğru yol aydın olduqdan sonra geriyə dönən (öz keçmiş əqidələrində qalan) kəslərin gözündə (batil günah işləri) zinətləndirmiş onları uzun-uzadı arzulara salmışdır.
Kövsər Tağıyev:
Onlara hidayət yolu bəlli olduqdan sonra geri dönənləri şeytan aldadıb ardınca aparmış onları xam xəyallara salmışdır.
M.Qənioğlu və T.Bilaloğlu:
Düz yol özlərinə aydın olandan sonra geriyə üz tutanların (əməllərini) şeytan onlar üçün xoş göstərdi onlara (öz istədiyini) qəbul etdirdi.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz, doğru yol özlərinə açıq-aşkar məlum olduqdan sonra küfrə [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar etməyə] geri dönən kəslər [ki var], şeytan onlara [küfrü; günahı] xoş bir şey olaraq göstərmiş onları uzun-uzadı arzulara salmışdır.