Əlixan Musayev:
Aralarında səni dinləyənlər də vardır. Quranı anlamasınlar deyə onların qəlblərinə pərdə çəkdik, qulaqlarına da tıxac vurduq. Onlar istənilən ayəni görsələr belə, yenə də ona inanmazlar. Hətta sənin yanına gəldikdə səninlə mübahisə edirlər. Kafir olanlar: “Bu, keçmişdəkilərin əfsanələrindən başqa bir şey deyildir”– deyərlər.
Bünyadov-Məmmədəliyev:
(Müşriklərin) içərisində səni dinləyənlər də vardır. Lakin (müsəlmanlara qarşı düşmən hərəkətlərinə görə) onu (Quranı) başa düşməsinlər deyə, onların ürəklərinə pərdə çəkdik, qulaqlarına da karlıq (ağırlıq) verdik. Onlar hər hansı bir möcüzə görsələr, yenə də ona inanmazlar. Hətta yanına gəldikdə səninlə höcətləşərlər. Kafir olanlar isə: ”Bu, qədimlərin əfsanələrindən (nağıllardan) başqa bir şey deyildir!, - deyərlər.
Elmir Quliyev
:
Среди них есть такие, которые слушают тебя, но Мы накинули на их сердца покрывала, чтобы они не могли понять его (Коран), и поразили их уши глухотой. Какое бы знамение они ни увидели, они все равно не уверуют в него, и поэтому, когда они приходят к тебе, чтобы препираться с тобой, неверующие говорят: "Это — всего лишь легенды древних народов".
Ələddin Sultanov:
Onlardan səni (Quran oxuyarkən) dinləyənlər də vardır. Lakin onu (Quranı) anlamasınlar deyə, ürəklərinə pərdə çəkdik, qulaqlarına da ağırlıq verdik (kar etdik). Onlar hər cür möcüzə görsələr də, yenə ona inanmazlar. Hətta kafir olanlar sənin yanına gəldikləri zaman: “Bu (Quran), əvvəlkilərin əfsanələrindən başqa bir şey deyildir”, - deyərək səninlə mübahisə edirlər.
Kerbelayi Malik ağa:
Onlardan kim səni dinləyərsə, onu anlamasınlar deyə qəlblərinin üzərinə əkinnət qoyduq və qulaqlarında vəqra (ağırlıq) vardır. Onlar bütün ayələri görsələr, ona inanmazlar. Hətta sənə gəldikləri zaman səninlə mübahisə edərlər. Kafir olanlar: ‘Bu ancaq əvvəlkilərin nağıllarından başqa bir şey deyil.’ deyərlər.
Ələsgər Musayev:
Onlardan var o kəslər ki, sənə qulaq asırlar. Ancaq qəlblərinə pərdə çəkdik, ta onu anlamayalar və onların qulaqlarına ağırlıq saldıq. Əgər görsələr külli ayət, inanmazlar onun ilə. Ta yanına gəldikdə mücadilə edərlər səninlə. O kəslər ki, kafirdirlər, deyərlər: «Bu, ancaq əvvəlkilərin əsatiridir!»
A.Mehdiyev və D.Cəfərli:
Onların bəzisi sənə qulaq asırlar. Biz (onların küfrlərinin cəzası olaraq eşitdiklərini) başa düşməmələri üçün qəlblərini pərdələrlə örtmüş və (haqq sözü eşitməsinlər deyə) qulaqlarında ağırlıq yaratmışıq. Əgər bütün ayə və nişanələri görsələr belə, yenə də iman gətirməyəcəklər. Hətta sənin yanına gəldikdə səninlə mübahisə edəcək və kafirlər «bu, (Qur’an) keçmişlərin əfsanələrindən başqa bir şey deyildir» deyəcəklər.
Kövsər Tağıyev:
Onların arasında (Qur`an oxuyarkən) səni dinləyənlər də var. Onu anlamamaları üçün qəlbləri üzərinə pərdələr (çəkərik), qulaqlarına ağırlıq qoyarıq. Hər cür möcüzəni görsələr də onlara inanmazlar. Hətta mübahisə etmək üçün sənin yanına gəldikləri zaman inkar edənlər: “Bu (Qur`an) əvvəlkilərin nağıllarından başqa bir şey deyil”, – deyərlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlardan sənə qulaq asanları da vardır. Lakin Biz onu [Quranı] anlamamaları üçün ürəklərinə pərdə çəkdik və qulaqlarını kar etdik. Onlar hər bir ayəni [dəlili] görsələr də ona inanan deyildirlər. Hətta, onlar sənin yanına gəlib səninlə mübahisəyə girişirlər. Kafirlər: "Bu ki, əvvəlkilərin əfsanələrindən başqa bir şey deyildir." - söyləyirlər.
Sabirə Dünyamalıyeva:
Onlardan səni dinləyənlər də var; halbuki Biz, onu qavrayıb anlamalarına [mane olmaq üçün] qəlblərinin üstündə qat-qat örtüklər və qulaqlarında ağırlıq yaratdıq. Onlar, bütün işarətləri/nişanələri görsələr də, ona inanmazlar. Belə ki, o kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən o kəslər], sənin yanına gəldikdə səninlə mübahisə edirlər: "Bu, keçmişdəkilərin uydurduqları nağıllardan başqa bir şey deyil" deyirlər.