Bəqərə Surəsi 250. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar Calutun onun qoşununun qarşısına çıxdıqda dedilər: “Ey Rəbbimiz! Bizə səbr ver, qədəmlərimizi möhkəmlət kafir qövmə qələbə çalmaqda bizə yardım et!”
Bünyadov-Məmmədəliyev:
Onlar Calut əsgərləri ilə qarşılaşdıqları zaman dedilər: “Ey Rəbbimiz, bizə bollu səbr dizimizə (ayaqlarımıza) qüvvət ver! Bizə kafir qövm üzərində qələbə qazandır!”
Elmir Quliyev :
Когда они показались перед Джалутом (Голиафом) и его войском, то сказали: "Господь наш! Пролей на нас терпение, укрепи наши стопы и помоги нам одержать победу над неверующими людьми".
Ələddin Sultanov:
Onlar Calut əsgərləri ilə qarşılaşdıqları zaman: “Ey Rəbbimiz, bizim üzərimizə səbir yağdır, ayaqlarımıza qüvvət ver kafir qövmə qarşı bizə yardım et!” - dedilər.
Kerbelayi Malik ağa:
(Talutun əsgərləri) Calut onun əsgərlərinin (ordusunun) qarşısına çıxdıqları zaman belə dedilər: ‘Rəbbimiz üzərimizə səbir yağdır, ayaqlarımızı (düşmən qarşısında) sabit et kafirlər qövmünə qarşı bizə yardım et.’
Ələsgər Musayev:
Amma elə ki, göründülər qarşısında Calutun qoşununun, dedilər: «Rəbbimiz! Artır üzərimizə səbr sabit et qədəmlərimizi yardım et bizə üzərində kafir qoumun!»
A.Mehdiyev və D.Cəfərli:
Onlar Calut onun qoşunu ilə vuruşmaq üçün qarşılaşdıqları zaman dedilər: «Ey Rəbbimiz, biz(im qəlblərimiz)ə səbr dözüm nazil et, qədəmlərimizi möhkəmləndir bizə kafir qövm üzərində kömət et.
Kövsər Tağıyev:
(Talutun əsgərləri) Calut əsgərləri ilə qarşı-qarşıya gəldikdə belə dedilər: “Ey Rəbbimiz! Üzərimizə səbir yağdır, qədəmlərimizi sabit et bu kafir qövmə qarşı bizə yardım et”.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar Calutun qoşununun qarşısına çıxarkən dedilər "Rəbbimiz! Bizə böyük dözüm ver, dizlərimizə güc ver, bu kafir camaata qarşı bizə yardım et!"
Sabirə Dünyamalıyeva:
onlar, Calut ordusu ilə qarşılaşdıqları zaman dedilər: "Ey Rəbbimiz! Bizə çoxlu-çoxlu səbr ver ki, zəiflik göstərməyək, boyun əyməyək, qədəmlərimzi möhkəmləndir kafirlər dəstəsinə [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar edənlərə] qarşı bizə kömək et!"